Bu gün:

Güllaç nədir? Necə hazırlanır?


Güllü aş sözünün zamanla Güllaçaya çevrilməsi ilə söz indiki formasını almışdır. Tərkibində qızılgül suyu olduğu üçün bu ada sahib olan deserti evdə asanlıqla hazırlamaq olar.  Südlü desert olan Güllaç Ramazan ayı ilə eyniləşdirilən bir desertdir. Ramazanda qonaq gedilən evlərə hədiyyə olaraq da aparılır.

 

Güllaçdakı inqrediyentlər
Güllaçın tərkibində süd, şəkər, filo xəmiri, qızılgül suyu, şəkər tozu, qoz, fıstıq, nar dənələri var.  Güllaç yarpaqları və ya Güllaç phyllo hazır şəkildə alına və ya evdə hazırlana bilər.


Güllaçın resepti
Süd və şəkər qarışdırılıb qaynadılır.  Bir az soyuduqdan sonra qarışığa gül suyu əlavə edilir.  Güllaç yarpaqları kiçik parçalara kəsilir. Dərin qabın səthinə yarpaqlar yayılır və üzərinə süd qarışığı tökülərək yarpaqlar islanır. Proses güllaç yarpaqları bitənə qədər davam edir. Bütün yarpaqlar islandıqdan sonra otaq temperaturunda təxminən 10 dəqiqə gözlənilir. İstəyə görə dilimlənmiş desertin üzərinə qoz, nar və toz fıstıq əlavə etmək olar. Soyuducuda bir müddət dincəldikdən sonra yeməyə hazırdır.


Güllaç desertinin tarixi
Güllaç 1400-cü illərdən türk mətbəxinin ənənəvi desertlərindən biridir. Arif Bilginin “Osmanlı saray mətbəxi” kitabında Güllaçın 1489-cu ildə Osmanlı sarayına gəldiyi deyilir. Sarayda ilk dəfə Kastamonulu Əli Usta tərəfindən hazırlandığı bilinir və Kastamonuda güllaç paxlavası kimi təqdim edilir. 

 Ramazanda niyə güllaça üstünlük verilir?
Diyetoloqlar və güllaçın tərkibindəki bol zülal və B və E vitaminləri sayəsində immunitet sistemini gücləndirdiyini və bu vitaminlərin sakitləşdirici təsirə malik olduğunu bildirirlər.  Oruc tutulduğundan aclıq çəkən orqanizmdə qan şəkərinin normal səviyyəyə qayıtmasına kömək etdiyi də məlumdur.


Mənbə: milliyet

Tərcümə etdi: Aynur Mikayılova

Paylaş
Şərh əlavə et