Bu gün:

İnsult nədir?


Beyninizin bir hissəsinə qan axını azaldıqda və ya kəsildikdə, beyin toxumasının oksigen və qida qəbul etməsinə mane olduqda və beyin hüceyrələri bir neçə dəqiqə ərzində ölməyə başladıqda insult baş verir. İnsultun baş verdiyi ərazidəki funksiyalarda müvəqqəti və ya daimi itkilər baş verir.


İnsult təcili tibbi yardım tələb edir və təcili müalicə böyük əhəmiyyət kəsb edir. Erkən müdaxilə beyin zədələnməsini və digər ağırlaşmaları azalda bilər. Effektiv müalicə üsulları da insultdan əlilliyin qarşısını almağa kömək edə bilər.

İnsultun səbəbləri nələrdir?

İnsultun 2 növü var: tıxanmış arteriya (işemik insult) və ya sızan, partlayan qan damarı (hemorragik insult). Bəzi insanlar müvəqqəti işemik hücum kimi tanınan insult keçirə bilər, bu da beyinə qan axınının müvəqqəti dayandırılmasına səbəb olur ki, bu da daimi simptomlara səbəb olmur. 

İşemik insult

 Bu, ən çox görülən insult növüdür. Beynin qan damarlarında daralma və ya tıxanma meydana gəlir, bu da qan axınının kəskin şəkildə azalmasına səbəb olur. Tıxanmış və ya daralmış qan damarları qan damarlarında yığılan yağ hissəcikləri və ya qan dövranı ilə hərəkət edən və beyindəki qan damarlarında yerləşən qan laxtaları və ya digər zibil nəticəsində yaranır.

 Hemorragik insult

Beyində qan damarının sızması və ya yırtılması zamanı baş verir. Beyin qanaxmalarına qan damarlarınıza təsir edən bir çox vəziyyət səbəb ola bilər.

Mənbə: acibadem.com.tr

Tərcümə etdi: Rəhimə Cəmilova 

Paylaş
Şərh əlavə et