Bu gün:

Həzmsizlik nədir?


Həzmsizlik və ya dispepsiya, fərdin yuxarı qarındakı narahatlığı təsvir edən ümumi bir termindir və özü bir xəstəlik deyil. Bunun əvəzinə, qarın ağrısı və yeməyə başladıqdan dərhal sonra dolğunluq hissi kimi fərdin yaşadığı simptomlar toplusudur. 


Mədə pozğunluğu çox yayılmış bir haldır. Demək olar ki, hər bir insan həzmsizliyi bir az fərqli şəkildə yaşayır. Həzmsizlik əlamətləri bəzən nadir hallarda hiss oluna bilsə də, digər hallarda gündəlik olaraq insanı narahat edə bilər. Həzmsizlik ümumiyyətlə başqa bir həzm xəstəliyinin əlaməti ola bilər. Əsas bir xəstəlikdən qaynaqlanmayan həzmsizlik bir çox hallarda həyat tərzi dəyişiklikləri və dərmanlarla asanlıqla aradan qaldırıla bilər.

Mədə pozğunluğu ilə ortaya çıxa biləcək fəsadlar nələrdir?

Həzmsizlik adətən ciddi fəsadlar verməsə də, fərdə özünü narahat hiss etdirərək və daha az yemək yeyərək həyat keyfiyyətinə təsir edə bilər. Fərd həzmsizlik əlamətləri səbəbiylə işi buraxa və ya məktəbdən geri qala bilər. Həzmsizlik başqa bir əsas tibbi vəziyyətdən qaynaqlanırsa, bu vəziyyətin öz fəsadları ola bilər.

 Həzmsizliyin qarşısını necə almaq olar? 

Bir çox hallarda həzmsizlik, əsas səbəbə görə sağlam həyat tərzi dəyişiklikləri ilə qarşısı alına bilən bir vəziyyətdir. Ancaq bəzi hallarda fərdin müəyyən müalicələr tətbiq etməsi lazım ola bilər. Bunu müəyyən etmək üçün ilk növbədə həzm pozğunluğunun səbəblərini müəyyən etmək lazımdır.

Mədə pozğunluğundan əziyyət çəkən insanlar müxtəlif simptomlarla qarşılaşa bilərlər. Həzmsizliyin ən çox görülən əlaməti yemək zamanı yaranan erkən dolğunluq hissidir. İnsan yeməyinin çox hissəsini yeməsə belə, özünü tox hiss edir və yeməyini bitirə bilmir. Yeməkdən sonra narahat edən toxluq və dolğunluğun olması lazım olduğundan daha uzun müddət davam etməsi bu vəziyyətin başqa bir əlamətidir. Qarının yuxarı hissəsində narahatlıq, yanma və şişkinlik hissi də həzmsizliyin ümumi əlamətləri və simptomlarıdır. Fərd döş sümüyünün dibi ilə göbək arasında ağrı hiss edə bilər, intensivliyi yüngüldən şiddətə qədər dəyişə bilər. Fərd eyni ərazidə çox narahat istilik və yanma hissi yaşaya bilər. Qarın nahiyəsində sıx qaz yığılması səbəbindən fərd narahat gərginlik hiss edə bilər. Bundan əlavə, daimi ürəkbulanma və qusmaq istədiyiniz kimi hisslər də ümumi simptomlardır.

Mənbə: acibadem.com.tr

Tərcümə etdi: Rəhimə Cəmilova 

Paylaş
Şərh əlavə et