Bu gün:

Niyə işıq sürətinin saniyədə 299 milyon 792 min 458 metr həddi var?


İşıq sürəti saniyədə 299 milyon 792 min 458 metrdir. Belə bir məhdudiyyət var. Bəs bu niyə belədir?

1. Səbəbiyyət prinsipi

Siz sadəcə olaraq bunun baş vermə səbəbindən asılı olan bir şey kimi düşünə bilərsiniz. Yəni yumurtanın sınması üçün əvvəlcə haradansa düşməli və ya sərt bir şeyə dəyməlidir. Düşmək və ya vurmaq səbəb, qırılma isə nəticədir. Deməli, bu prinsip səbəb-nəticə əlaqəsidir. Burada önəmli olan səbəbin təsirdən əvvəl baş verməsidir. Gündəlik həyatımızda bunun əksini görə bilmirik. Yumurta qırıldığı üçün düşmür, düşdüyü üçün qırılır.

2. Subsidiarlıq prinsipi

Bu, baş verən hadisənin yalnız yaxın ətraf mühitə təsir edəcəyini ifadə edən prinsipdir. Kainatda hadisədən uzaq olan nöqtələr ondan təsirlənmir.

3. İşığın və məkanın quruluşu

Biz bilirik ki, işığın elektromaqnit dalğasıdır və kosmosda yayıla bilir. Kosmosun (və ya vakuumun) elektrik sahəsinin və maqnit sahəsinin keçiriciliyinin həddi var. Başqa sözlə, elektromaqnit dalğaları kosmosda hərəkət edə bilsə də, fəzanın bu dalğalara müəyyən müqavimət göstərdiyini düşünmək olar. Bunları müəyyən rəqəmlərlə ifadə etmək olar, bəs bu rəqəmlər bir az kiçik olsaydı, yəni boşluğun müqaviməti indikindən aşağı olsaydı nə olardı? İşıq da daxil olmaqla bütün elektromaqnit dalğaları vakuumda indikindən daha sürətli hərəkət edərdi. Bəs bu müqavimət 0 olsaydı nə olardı? Elektromaqnit dalğalarının sürəti sonsuz olardı.

Sonra düşünək: Əgər işıq sonsuz sürətlə hərəkət etsəydi, nə olardı?

Əgər belə bir şey olsaydı, yuxarıda qeyd etdiyim iki prinsip asanlıqla pozulardı. Təsəvvür edin ki , təsirlərin səbəblərdən əvvəl olduğu, qırılan yumurtanın Andromeda qalaktikasındakı bir şeyə fiziki təsir göstərdiyi bir kainat. Bunun başqa bir adı xaos olardı . Əslində, əvvəlki kosmik hadisələrə görə dünya mövcud olmaya da bilər. Buradan çıxan nəticə budur ki, işığın sürətini məhdudlaşdıran şey kainatın özüdür. Əslində kainatda əsas həddi işıq sürəti deyil, bu iki prinsipi pozmamaq həddidir.

Mənbə: Ekşişeyler

Tərcümə etdi: Fatimə Şükürova

Paylaş
Şərh əlavə et