Bu gün:

Çiçəklər haqqında maraqlı məlumatlar


Biz həmişə çiçəkləri gözəl və zərif cəhətlərinə görə tanıyırıq. Bununla belə, qeyd etməliyik ki, sizin heç vaxt bilmədiyiniz təəccüblü sirlər də var. Çiçəklər haqqında maraqlı faktlar öyrənmək istəyirsinizsə, hazır olun! Biz sizə çiçəklərin sehrli dünyasının sirlərini danışacağıq.

Qoxusu ilə məşhur olan çiçəklərdən biri titan arum çiçəyidir, amma düşündüyünüzün əksinə söhbət gözəl qoxudan getmir. Dəhşətli qoxusu ilə məşhur olan çiçək yanına yaxınlaşmayacağınız qədər pis iylənir. Qoxusu meyit iyinə bənzədiyi üçün ona meyit çiçəyi də deyirlər. 

15 min müxtəlif qızılgül növü var. Bir gün bir çiçək alsanız və göndərən onun qızılgül olduğunu iddia edərsə, aldığınız çiçəyin qızılgül olmadığını söyləməzdən əvvəl iki dəfə düşünün.

Güllər haqqında maraqlı faktlarla sizi təəccübləndirməyə davam edək. Qış aylarında doya bilmədiyimiz sahlep içkisi orkide çiçəyindən hazırlanır. 

Amerikada bir futbol meydançası  boyunca qızılgül yetişdirilibə və bu hadisəni Ginnesin Rekordlar Kitabına düşməyi bacarıb.

Bambuklar iki ildə bir dəfə çiçək açır. Maraqlısı odur ki, onun bütün çiçəkləri eyni vaxtda çiçək açır. 

Çəhrayı qərənfildən əvvəl çəhrayı rəng anlayışı yox idi! İlk dəfə çəhrayı qərənfil göründükdən sonra rəng şkalasına çəhrayı rəngi də əlavə edildi. 

Özünü təmizləyə bilən yeganə çiçək lotus çiçəyidir. 

Mənbə: Çiçek Diyarı

Tərcümə etdi: Nailə Hadizadə

Paylaş
Şərh əlavə et