Bu gün:

Oppenheymer filmi 7 nominasiya üzrə Oskar qazandı


"Oppenheymer" Oskarları süpürərkən Killian Mörfi ən yaxşı aktyor mükafatının ilk İrlandiyalı laureatı oldu.

Oppenheymer ən yaxşı film, Kristofer Nolan üçün ən yaxşı rejissor və Robert Dauni Jr üçün ən yaxşı ikinci plan aktyoru kimi qalib gələrək bu ilin ən çox Oskar alan filmi oldu.

Mörfi isə nəzəri fizik C. Robert Oppenheimerin məşhur obrazına görə ən yaxşı baş rol aktyoru seçilib.

Aktyor deyir: "Mən bu gecə burada dayanan çox qürurlu bir irlandiyalıyam".

O, Nolana və prodüser Emma Tomasa isə "məni apardığınız ən vəhşi, ən həyəcanverici, yaradıcılıq baxımından ən məmnunedici səyahətə görə təşəkkür edirəm." sözləri ilə müraciət etdi. 

"Biz atom bombasını yaradan insan haqqında film çəkdik, yaxşı və ya pis hamımız Oppenheimer dünyasında yaşayırıq, ona görə də bu mükafatı dünyanın hər yerindəki sülhməramlılara həsr etmək istərdim".

Mərasimdə Oppenheymer ümumilikdə yeddi mükafat qazandı, Emma Stounun qazandığı ən yaxşı aktrisa nominasiyası da daxil olmaqla "Poor Things"-ə dörd mükafat verildi. 

Mənbə: BBC

Tərcümə etdi: Bənövşə Bağırova

Paylaş
Şərh əlavə et