Bu gün:

Sınıq pəncərələr nəzəriyyəsi


Sınıq pəncərələr nəzəriyyəsi amerikalı psixoloq Con Q. Wilsonun 90-cı illərdə apardığı bəzi müşahidələr nəticəsində irəli sürdüyü nəzəriyyədir. Sınıq şüşələr nəzəriyyəsi kimi də tanınan bu nəzəriyyə cinayətin mənşəyi və yayılmasına diqqət yetirir. Eksperimentlər və müşahidələr nəticəsində məlum olub ki, əhəmiyyətsiz görünən detallar cinayət nisbətini birbaşa artırır.

Filip Zimbardonun apardığı təcrübə əsasında inkişaf etdirilən Sınmış şüşə nəzəriyyəsi bir çox filmlərdə çəkilib. Bu filmlərdən ən məşhuru 1971-ci ildə rejissor Sem Pekkinpanın çəkdiyi “Saman itləri” filmidir. Dastin Hoffmanın baş rolda oynadığı film adekvat tədbirlər görülmədikdə cinayətin necə sürətlə və nəzarətsiz şəkildə yayıldığını izah edir.

Sınıq pəncərələr nəzəriyyəsi ən aktual və müzakirə olunan nəzəriyyələrdən biridir. Bir çox psixoloq və kriminoloq müxtəlif antitezlər təklif edərək bu nəzəriyyəyə qarşı çıxır. Bəzi alimlərin fikrincə, cinayəti bir faktora və ya səbəbə bağlamaq cinayətə dar prizmadan baxmaq deməkdir.

Sınıq pəncərələr nəzəriyyəsinə qarşı çıxan psixoloqların fikrincə, cinayət çox mürəkkəb və çoxölçülü bir anlayış idi. Cinayət nisbətlərini yalnız nəzarətsizliklə əlaqələndirmək məsələnin mahiyyətinə varmamaq deməkdir. Nəzəriyyənin əleyhdarları cinayət nisbətlərinin artmasında təhsil səviyyəsi, ətraf mühit və iqtisadi gəlir kimi amillərin də təsirli olduğunu iddia edirlər.

Məsələn, sınmış pəncərələr nəzəriyyəsi Amerikanın ən yoxsul məhəllələrinə şamil oluna bilər. Ancaq zəngin və firavan bir mühitdə eyni nəzəriyyənin eyni şəkildə reallığa çevrilməsi mümkün deyil. Bu səbəbdən sınmış pəncərələr nəzəriyyəsi qeyri-adekvat tapılmış və bir çox insan tərəfindən tənqid edilmişdir.

Mənbə: hürriyet.com.tr

Tərcümə etdi: Rəhimə Cəmilova

Paylaş
Şərh əlavə et