Bu gün:

Qan təzyiqi nədir?


Ürək fasiləsiz işləyir və qan dövranı sistemindəki qanı davamlı olaraq bədənə vurur. Ürək aorta vasitəsilə bədənə qan payladığı üçün bütün damarlarda müəyyən miqdarda təzyiq yaranır. Qan təzyiqi olaraq təyin olunan damardaxili təzyiq həyati əhəmiyyətli toxuma və orqanların kifayət qədər qidalanması və normal funksiyalarını davam etdirməsi üçün böyük əhəmiyyət kəsb edir. Ağciyərlərdə olan oksigenli qan əvvəlcə ürəyə gəlir və oradan aorta vasitəsilə bədənə vurulur. Ürəkdən çıxan əsas damar olan aorta çoxlu budaqlara bölünür. Bu böyük diametrli damarlar arteriya kimi tanınır. İri damarlar da budaqlanaraq incələşir, arteriollar və ya başqa sözlə orta ölçülü damarlara və nəhayət, tibbdə kapilyar kimi tanınan damarlara bağlanır. Bütün bu damar şəbəkəsi sayəsində bədəndəki müxtəlif hüceyrə tipləri oksigenlə doyur və lazım olan enerjini alır. Damarlarda daşınan oksigen bədənə buraxıldıqdan sonra çirkli qan damar vasitəsilə ürəyə qayıdır və ürək qanı yenidən oksigenlə təmin etmək üçün onu ağciyərlərə vurur. Ürəyin nasos prosesi zamanı yaranan təzyiqlə qan damarlara göndərilir. Bu zaman yaranan təzyiq ən yüksək  səviyyə olur. Sonra ürək əzələsi rahatlaşır və bu müddət ərzində qan damarlarında daha az təzyiq qalır. Ürək döyündükdə meydana gələn təzyiq sistolik qan təzyiqi, ürək rahatlaşdıqda damarlarda qalan təzyiq isə diastolik qan təzyiqi olaraq təyin olunur. Qan təzyiqi ölçüldükdə hər iki təzyiq növü haqqında məlumatlar əldə edilir. 


Tez-tez verilən sual "Qan təzyiqi necə ölçülür?" “Qan təzyiqi nədir?”


Cəmi 4 kameradan ibarət olan ürək dəqiqədə bədənə 5 litr qan vurmaq üçün dayanmadan işləyir. Ürəyin yuxarı hissəsində yerləşən 2 kameraya qulaqcıqlar, aşağı hissəsindəki 2 kameraya isə mədəciklər deyilir. Damarlarda olan qan sağ tərəfdən atriumdan ürəyə daxil olur və sağ mədəcikə ötürülür. Ürəyin daralması ilə qanın oksigenlə təmin olunması üçün ağciyərlərə göndərilir və təmizləndikdən sonra yenidən ürəyə qayıdır. Daha sonra bütün bədənə göndərilmək üçün ürəyin sol mədəciyindən aorta vasitəsilə vurulur. Başqa sözlə, tək daralma zamanı qan həm sağ mədəcikdən ağciyərlərə, həm də sol mədəcikdən aortaya vurulur. Ürəyin daralması ilə müəyyən qan təzyiqində bədənə təmiz qan göndərilir. Arteriyalardakı təzyiq qan təzyiqi kimi müəyyən edilir. Qan təzyiqi damarların bir qədər genişlənməsinə səbəb olur. Ürəyin hər bir daralması arasındakı boşluq zamanı damarlar qana təzyiq edərək qan axınını təmin edir. Ürəyin qanı topladığı zaman meydana gələn təzyiq və damarlarda qan axını təmin edən qan təzyiqi ayrıca dəyərləndirilir.


Mənbə: medicalpark.com

Tərcümə etdi: Səmayə Qədirova

Paylaş
Şərh əlavə et