Bu gün:

İki gözün fərqli rəngdə olmasının səbəbi nədir?


İnsanlarda gözlərin müxtəlif rəngli (məsələn, bir gözü mavi, digər gözü isə yaşıl) olan nadir vəziyyətə heterokromiya deyilir. Saçlara, dəriyə və gözlərə rəng verən melanin piqmentinin iris təbəqəsindəki sıxlığı və paylanması göz rəngini təyin edir. Qəhvəyi gözlər melanin miqdarının çox olduğunu, rəngli gözlər isə melaninin az olduğunu bildirir. Hər iki gözün iris təbəqəsindəki melaninin sıxlığı və ya miqdarı fərqli olarsa, gözlər fərqli rənglərə sahib olur, yəni heterokromiya yaranır. Heterokromiya insanlarda göz rəngini təyin etməyə cavabdeh olan genlərin ifadəsindəki dəyişikliklər (DNT-dəki genetik məlumatdan istifadə edərək funksional zülallar istehsal etmək), Waardenburq sindromu kimi xəstəliklər, doğuşda və ya həyatda baş verən travma nəticəsində baş verə bilər. Embrionun inkişafı zamanı iris təbəqəsindəki piqmentasiyadakı fərqlər də heterokromiyaya səbəb ola bilər.


Mənbə: bilimgenc.tubitak.gov

Tərcümə etdi: Səmayə Qədirova

Paylaş
Şərh əlavə et