Bu gün:

Qıcıqlanmış bağırsaq sindromu


Qıcıqlanan bağırsaq sindromu yoğun bağırsağa təsir edən ümumi bir xəstəlikdir. İşarələr və simptomlara kramp, qarın ağrısı, şişkinlik, qaz, ishal və ya qəbizlik daxildir.

Bəzi insanlar bu xəstəliyin simptomlarına pəhriz, həyat tərzi və stresi idarə edərək nəzarət edə bilərlər. Ancaq daha şiddətli simptomlar olan xəstələr dərman, həkim müayinə və məsləhəti ilə müalicə edilə bilər. Qıcıqlanmış bağırsaq sindromu bağırsaq toxumasında dəyişikliklərə səbəb olmur və kolorektal xərçəng riskinizi artırmır.

Qıcıqlanmış bağırsaq sindromunun əlamətləri:

Qıcıqlanan bağırsaq sindromu əlamətləri və simptomları xəstəyə görə dəyişir, lakin müalicə və müayinəsi ümumiyyətlə uzun müddətlidir.

Xəstələr arasında ən çox yayılmış əlamətləri aşağıdakılardır:

1. Bağırsaq hərəkəti ilə əlaqəli qarın ağrısı, kramp və ya şişkinlik;

2. Bağırsaq hərəkətinin görünüşündə dəyişikliklər

3. Tez-tez bağırsaq boşluğunda dəyişikliklər

Bəs belə narahatlığı özündə hiss edən pasiyentlər nə vaxt həkimə müraciət etməlidir?

Əgər bağırsaq vərdişlərinizdə davamlı bir dəyişiklik və ya simptomlar varsa, mütləq həkiminizə müraciət edin. Vaxtında müraciət etmədikdə Kolon xərçəngi kimi daha ciddi bir vəziyyət yarana bilərlər. Ancaq onu da qeyd edim ki, qıcıqlanmış bağırsaq sindromu tək qastroentereloji deyil, həm də nevroloji problemlə əlaqəli ola bilər. Məhz bütün bunları nəzərə alaraq nevroloq müayinəsindən keçmək də məsləhətlidir.

Xəstəliyin daha ciddi əlamət və simptomlarına isə aşağıdakılar daxildir:

Çəki itirmək;

Dəmir çatışmazlığı anemiyası;

İzahsız qusma;

Udma çətinliyi. 

Qıcıqlanmış bağırsaq sindromu hansı səbəblərdən yaranır?

Qıcıqlanmış bağırsaq sindromunun dəqiq səbəbi məlum olmasa da, ancaq bu beyin sinir sistemi ilə də əlaqəli ola bilər.

Sinir sistemi.  Beyin və bağırsaq arasındakı zəif koordinasiya olunmuş siqnallar bədəninizdə normal olaraq həzm prosesində baş verən dəyişikliklərə həddindən artıq reaksiya verə bilər ki, bunun da nəticəsində ağrı, ishal və ya qəbizlik yarana bilər. Bunun üçün də bu cür problemləri olan şəxslər həzm sistemin, bağırsaqlarımin fəaliyyəti normaldır deyə düşünüb, bunu sıradan bir xəstəlik kimi dəyərləndirməsinlər. Mütləq şəkildə ailə nevropatoloqunuza müraciət edib, sinir sisteminiz və beyninizlə əlaqəli olan müayinələri etdirin.

Ağır infeksiya. Qıcıqlanmış bağırsaq sindromi bakteriya və ya virusun səbəb olduğu ciddi bir ishal (qastroenterit) xəstəliyindən sonra inkişaf edə bilər. Həmçinin bu bağırsaqdakı bakteriyaların çoxluğu ilə əlaqələndirilə bilər (bakterial artım).

Erkən həyat stresi. Xüsusilə, uşaqlıq dövründə stresli hadisələrə məruz qalan insanlar daha çox qıcıqlanmış bağırsaq sindromu simptomlarına sahibdirlər.

Mənbə: dove.com 

Tərcümə etdi:Aytac Musayeva 

Paylaş
Şərh əlavə et