Bu gün:

Zəlzələ nədir və baş vermə səbəbləri nələrdir?


Zəlzələ nədir və baş vermə səbəbləri nələrdir?

Həyat şəraitinə mənfi təsir edən təbii fəlakətlərdən biri olan “zəlzələ” yəni “yeraltı təkanlar” , yer qabığında gözlənilməz anda baş verən hadisədir. Bu təkanların miqyası yer altındakı seysmik hərəkətlərin böyüklüyünə, yer səthindəki dağıntılarla ölçülür.

Zəlzələ yer qabığı daxilində qırılmalara görə yaranan titrəyişlərin dalğalar halında yayılaraq yer üzünə əks olunması prosesidir. Bu dalğalar yayılarkən keçdiyi və çatdığı hər yeri təsiri altına salaraq, dağıntılara səbəb olur. Başqa sözlə, əslində hərəkətsiz qəbul etdiyimiz, üzərinə inamla basıb, evlərimizi tikdiyimiz torpağın hərəkət edərək üzərində olan hər şeyə zərər verməsi hadisəsidir. Yeraltı təkanlar zamanı yer ayaqlarımızın altında oynamağa başlayır, yerin səthində geniş çatlaqlar əmələ gəlir. Zəlzələ zamanı evlər və binalar dağılır, insan tələfatları və yaralanmalar olur.

Zəlzələlərin böyük bir hissəsi yer kürəsinin 12 km dərinliyinə qədər çatan elastik hissədə yaranır. Elastik olan üst hissədə isə hər il bir neçə santimetrlik sürüşmə yaranır. Bu kiçik hərəkətlər uzun illər toplanır və böyükdə bir neçə metrlik sürüşmələrə səbəb olur. Bunlar isə özünü yer üzündə zəlzələ adlandırdığımız təkanlar kimi göstərir. 

Zəlzələ yer qabığındakı fay adı verilən laylar üzərində yaranır. Fay kövrək quruluşa malik qayaların yüksək təzyiqə və gərilmələrə məruz qalaraq qırılmasından yaranan formalardır. Bu gərilmələr yer kürəsinin müxtəlif hissələrində ola bilir. Zəlzələlər isə qayalıq sahədə yaranan gərilmənin ani bir hərəkətə səbəb olacaq qədər yüksəlməsi ilə yaranan yer hərəkətidir. Bu gərilmələrin boşalması güclü enerji yaranır. Yaranan enerjinin ətrafındakı qayalıqlarda yaratdığı titrəyiş nəticəsində isə zəlzələlər baş verir. Yaranan enerjinin qiymətinin hidrogen bombasının gücündən də 100 dəfə çox olması məlumdur. Bu gərginlik boşalması layların sərhəd zonalarında baş verdiyi kimi, onların orta hissələrində, möhkəmliyi zəif zonalarda da yarana bilər. 

Zəlzənin daim baş verdiyi yerlər seysmik qurşaq adlanır. Dünyada 2 seysmik qurşaq var: Alp-Himlay qurşağı, Sakit okean qurşağı.

Zəlzələni öncədən niyə təxmin etmək olmur?

Güclü dağıdıcı təsirə malik olduğuna görə seysmoloqlar zəlzələ haqqında əvvəlcədən dəqiq məlumata sahib olub, yarana biləcək problemlərin qarşısını almaq üçün çoxlu səy göstərirlər. Ancaq bu, elmin malik olduğu imkanlarla hələ ki, mümkün deyil. Buna səbəb isə tədqiqatçıların araşdırma imkanlarının məhdud olmasıdır. Çünki zəlzələnin baş verəcəyi məkan və zamanı dəqiqliklə təyin etmək üçün yerin təxminən 100 km dərinliklərindən xəbərdar olmaq lazımdır.

Zəlzələni öncədən təxmin edə bilmək üçün bu 3 suala cavab vermək lazımdır:

Zəlzələ nə zaman baş verəcək? 

Zəlzələ harada baş verəcək? 

Zəlzələ neçə bal gücündə baş verəcək?

Təxminlərin heç biri bu üç suala eyni anda cavab verə bilmir.

Mənbə: BBCnews.com

Tərcümə etdi: Aytac Musayeva 

Paylaş
Şərh əlavə et