Bu gün:

Ada çayı


Ada çayının faydaları


İstanbula ilk dəfə Mərmərə adasından gətirildiyi üçün Adaçayı adlandırılan bitki Ege bölgəsində acı alma kimi də tanınır. Dərman və ətirli bitki olan adaçayı yarpaqlarını qaynadıb çay kimi içmək və ya efir yağı kimi də  istifadə etmək olar.
Depressiya və stressi azaldır.
Bədəndən zərərli toksinləri çıxarmağa kömək edir.
 Beyin funksiyalarını yaxşılaşdırır.
Ağız və diş əti xəstəliklərinə xeyirlidir.
Dəri ləkələri və xəstəliklər üçün istifadə olunur.
Mədə və xolesterin xəstələri üçün rahatlaşdırıcı təsir göstərir.
Menopozdan sonrakı simptomları aradan qaldırır.
Həzm sistemini qoruyur və ishala yaxşı gəlir.
Həddindən artıq tərləməni azaldır.                               

Ada çayı necə dəmlənilir?                                      

Adaçayı çayı adətən qaynadılaraq hazırlansa da, əslində onu dəmləməklə hazırlamaq lazımdır. Bu zaman qida dəyərləri daha yaxşı qorunur və daha yaxın  adaçayı dadı əldə olunur. Onu çox uzun müddət qaynar suda saxlamaq otun faydalı təsirini itirməsinə səbəb olar və çayın dadı acılaşa bilər. Adaçayı çayının 2 dəqiqədən çox qaynadılmasının zəhərli komponentləri buraxa və çayı zərərli edə biləcəyi güman edilir. Təxminən 2 qram adaçayının üzərinə  200-250 ml qaynar suya əlavə edilir və 10 dəqiqə dəmlənir.                                                               

Bu çayı kimlər istifadə etməlidir?                                        
Bəzi yan təsirlər adaçayı həddindən artıq istifadəsi ilə baş verə bilər. Salvia növünə  aid bitkilərə qarşı allergiyası olan şəxslər tərəfindən adaçayı içmək allergik reaksiyalara səbəb ola bilər. Adaçayı çayının ürəkbulanma kimi həzm sistemi xəstəlikləri üçün faydalı ola biləcəyi bilinsə də, çox içmək mədədə yanma hissinə və ağrıya səbəb ola bilər. Yan təsirləri insandan-insana fərqli olsa da, gündə 3 stəkan adaçayı  içmək təhlükəsiz sayılır və gündə 3 stəkandan çox içməmək tövsiyə olunur.

Bu çayı çox aşağı qan təzyiqi olanlar, daim narkotik istifadə edən insanlar, şəkər xəstələrinin istifadə etməsi tövsiyə edilmir.

Mənbə: NTV
Tərcümə etdi: Səma Cəlilova

Paylaş
Şərh əlavə et