Bu gün:

Frida Kahlo kimdir?


Dünyaca məşhur meksikalı rəssam Frida Kahlo tez-tez sadəcə Frida kimi xatırlanır. Tam adı Magdalena Carmen Frida Kahlo Calderon olan məşhur rəssam 20-ci əsrin məşhur mədəniyyət simvolu oldu. O, rəsmləri ilə yanaşı, təlatümlü şəxsi həyatı və siyasi baxışları ilə də tanınır.6 iyul 1907-ci ildə Mexiko şəhərinin Koyoakan bölgəsində anadan olan Frida Kahlo 47 illik həyatına maraqlı bir həyat hekayəsi yığdı.

Solçu baxışları ilə tanınan Frida öz ad gününü 1910-cu il iyulun 7-ni Meksika İnqilabı günü elan edib. O, həyatının müasir Meksikanın doğulması ilə başlamasını istəyirdi. Dövrünün ən yaxşı təhsilini verən Milli Hazırlıq Məktəbində təhsil alan Frida sənət, ədəbiyyat və fəlsəfə kimi sahələrə diqqət yetirirdi. Daha sonra Meksika intellektual həyatının mühüm adları kimi xatırlanacaq Alejandro Qomez Arias, Xose Qomez Robleda və Alfonso Villa ilə məktəb dostları oldu. O, anarxist ədəbi qrupa qoşulub. 19 yaşında çətirini unudub başqa avtobusa mindiyi üçün o vaxt sevgilisi Alejandro Qomezlə birlikdə getdiyi avtobusdan düşəndə həyatı dəyişdi.

1925-ci il sentyabrın 17-də məktəbdən evə qayıdarkən mindiyi avtobus tramvayla toqquşub, çoxlu insan həlak olub.Tramvayın dəmir çubuqlarından biri Fridanın sol ombasına girərək çanaq sümüyündən çıxıb. Qəzadan sonra Frida bütün həyatını korsetlər, xəstəxanalar və həkimlər arasında keçirirdi; O, onurğasında və sağ ayağında davamlı ağrılarla yaşayırdı. Ömrü boyu 32 cərrahiyyə əməliyyatı keçirmiş, poliomielit xəstəliyindən əlil olan sağ ayağı 1954-cü ildə qanqren səbəbiylə amputasiya edilib.

Qəzadan bir ay sonra xəstəxanadan çıxan Kahlo ailəsinin təşviqi ilə sıxıntı və ağrıdan xilas olmaq üçün rəsm çəkməyə başlayıb. O, çarpayısının tavanındakı güzgüyə baxaraq avtoportretlər çəkirdi. 1927-ci ilin sonlarında yeriməyə başlayan Frida bu dövrdə sənət və siyasi dairələrə yaxınlaşmağa başlayır. O, Kuba lideri Julio Antonio Mella və fotoqraf Tina Modotti ilə tanış olub və yaxın dost olub. Onlar birlikdə dövrün sənətçilərinin dəvətlərində, sosialistlərin müzakirələrində iştirak etməyə başladılar. Frida Kahlo 1929-cu ildə Meksika Kommunist Partiyasının üzvü oldu. avtoportreti "Məxmər paltarda avtoportret" (1926) olub.Qəzasının yaralarını yüngülləşdirmək üçün rəsm çəkməyə başlayan Frida tezliklə istedadını hər kəsə sübut etdi. Onun rəsmlərini göstərmək üçün tanış olduğu məşhur rəssam Dieqo Rivera ilə evlənməsi hər kəsi təəccübləndirib. Cütlüyün çox çətin evlilik həyatı olub. Səhhətində yaranan problemlərə görə uşağı abort etdirən və ard-arda iki dəfə uşaq salan Frida 1939-cu ildə həyat yoldaşının xəyanətinə görə ayrılsa da, bir il sonra yenidən evlənirlər.

Frida Kahlo 13 iyul 1954-cü ildə ağciyər emboliyası diaqnozu ilə son nəfəsini verəndə,onun geridə qoyduğu son rəsm əsəri “Yaşasın həyat” adlı natürmort olub. Onun son sözləri gündəliyinə yazdığı aşağıdakı cümlə oldu:

"Ümid edirəm ki, bu yol yaxşı olacaq və mən heç vaxt geri qayıtmayacağam".

Ertəsi gün onun cəsədi yandırıldı. Onun külləri Göy Evdə saxlanılır. Mavi Ev 1955-ci ildə Rivera tərəfindən dövlətə bağışlanmışdır. Hazırda muzey olan evdə Fridanın əşyaları sərgilənir.keçirdiyi "Mavi ev"ə yerləşdilər. Frida körpə itkilərini də rəsmlərində əks etdirirdi. Frida Kahlonun həyatı 2002-ci ildə Frida adı altında bir filmə uyğunlaşdırıldı və bu filmdə Salma Hayek Kahlo rolunu oynadı. 2005-ci ildə onun həyatından bəhs edən "Frida Kahlonun həyatı və dövrləri" adlı sənədli film çəkildi.

Məşhur fransız Jean-Paul Gaultier 1998-ci ildə moda nümayişində Kahlonun üslubunu nümayiş etdirdi. Bu moda nümayişi dünya mətbuatında və moda ictimaiyyətində böyük əks-səda yaratdı. Həyatından bəhs edən "Frida Kahlo - Love and Pain" adlı kitabı Raunda Jamis yazıb və bir çox dillərdə tərcümə olunub.

Mənbə: NTV

Tərcümə etdi: Səma Cəlilova

Paylaş
Şərh əlavə et