Bu gün:

Bu qadın firon tarixdən silinməkdən necə qaçıb?


Hatşepsutun varisi onun bütün izlərini məhv etməyə çalışdı, lakin onun möhtəşəm məbədi ən uzun müddət padşahlıq edən qadın fironlardan biri haqqında vacib məlumat verir.

Hatşepsut Misirə əvvəlcə müşavirə, sonra isə firon kimi cəmi 21 il hökmranlıq edib. O, Misir tarixində bu qədər uzun müddət hakimiyyəti əlində saxlayan nadir qadınlardan biri idi. Hatşepsut qədim Misirin qızıl dövrlərindən birində, Misir zənginliklə dolduğu zaman hökmranlıq edib. O, ölkənin hər yerində monumental əsərlər tikib: saysız-hesabsız məbədlər, Karnakdakı Amun məbədində dörd nəhəng obelisk və onun nailiyyətlərini qeyd edən və dualarını əbədiləşdirən saysız-hesabsız sənət əsərləri. Lakin bu əsərlərin əksəriyyəti onun eramızdan əvvəl 1458-ci ildə ölümündən sonra təhrif edilmiş və məhv edilmişdir. Hatşepsutun varisi Misirin ən böyük fironlarından biri olan III Henrix idi. Tutmos adının tarixdən silinməsinə yol açdı. Onun təsvirləri abidələrdən qoparılıb, heykəlləri və əsərləri məhv edilib.Bununla belə, 20-ci əsrdə aparılan əsaslı yenidənqurmadan sonra, Hatşepsutun Deyr əl-Bahridəki (ərəbcə “şimal monastırı”) nəhəng məbədi indi də qaya üzündə qırmızı qayaların altında sığınmış vəziyyətdədir. Bu memarlıq möcüzəsi qədim dünyanı öz gözəlliyi ilə valeh etdi və Hatşepsutun əzəmətinin və tanrılara sədaqətinin sübutu idi.


Mənbə: Arkeofili

Tərcümə etdi: Fatimə Şükürova

Paylaş
Şərh əlavə et