Bu gün:

Müqəddəs meymun meşəsi


Müqəddəs meymun meşəsi adından da göründüyü kimi, meymunların müqəddəs sayıldığı, hinduizmin geniş yayıldığı Bali adasında yerləşir.

Bali İndoneziyanın 17508 adasından biri və təbii ki, ən turistik bölgəsidir. Balidə gündəlik həyat demək olar ki, bu din üzərində qurulub və din, mədəniyyət sıx şəkildə inteqrasiya olunub.


İndoneziyanın 240 milyonluq əhalisinin əksəriyyətini müsəlmanlar təşkil edir. Bali adasında vəziyyət bir az fərqlidir. Məlumdur ki, bu yerin əhalisinin təxminən 10%-i müsəlman, qalanı isə hindulardır. Hindistanda olduğu kimi burada da meymunlar çox müqəddəsdir və 8 fərqli meymun ailəsinin yaşadığı meşə qorunur. Bali adasındakı meymun meşəsi adlanan bu müqəddəs meşədə 800-dən çox makaka meymunu yaşayır.


Mənbə: bilgifilim.com

Tərcümə etdi: Sevil Azər

Paylaş
Şərh əlavə et