Bu gün:

Dünyanın ən kiçik dağı hansıdır?


Dünyanın ən kiçik dağı hansıdır?

Dünyanın ən kiçik dağı ətrafdakı mənzərədən 43 metr hündürlükdə olan az tanınan Wycheproof dağıdır. Bununla belə, dağ dəniz səviyyəsindən 149 metr yüksəklikdədir.

 Avstraliyada yerləşən bu dağ Viktoriyanın kiçik Wycheproof şəhərindədir. Şəhərin dağın başında olduğunu da deyə bilərik. Wycheproof-da təxminən 789 nəfər yaşayır. Wycheproof dağı bəzən təpə adlandırılır. Bunun dağ və ya təpə kimi təsnif edilməsi ilə bağlı mübahisələr olub. Dağda kenquru kimi bəzi yerli vəhşi təbiəti görmək olar.

 Dünyada ölçüləri və xüsusiyyətləri ilə yüzlərlə dağ var. Dünyanın ən məşhur dağlarından bəzilərinə 8848 m hündürlükdə dünyanın ən hündür dağı olan Everest dağı, Afrikanın ən hündür dağı olan Kilimancaro dağı və Avropanın ən yüksək dağı olan Mont Blank və digər dağlar daxildir.

 Wycheproof dünyanın ən kiçik dağı olsa da, dünyanın ən hündür dağı olan Everest dağı qədər məşhur deyil.

Dağ düz otlaq sahəsində yerləşən qranit çöküntüsündən ibarətdir. Ətraf ərazinin landşaftına uyğun olan dairəvi mənzərə ilə xarakterizə olunur. Wycheproof dağı qonşu Piramida təpəsi ilə bir çox oxşarlıqlara malikdir. Dağın qərbi Viktoriyada yayılmış qayalı konusvari zirvəsi var.

 Wycheproof, Wycheproofite kimi tanınan fərqli bir minerala malikdir. Bununla belə, fosfat mineralı Viktoriyada nadirdir. Wycheproofite şəffaf və çəhrayı rəngdədir.

Dünyanın ən kiçik dağı olan Wycheproof, illik taxıl festivalı, ailəvi pikniklər və dağ yeməkləri üçün əsas yerdir. Viktoriya hökuməti ziyarətçilər üçün daha əyləncəli etmək üçün Regional İnkişaf Victoria vasitəsilə dağa sərmayə qoyub. Bundan əlavə, bölgəyə gələn turistlər manqaldan həzz ala bilərlər. Bundan əlavə, onlar uzun cığırlarda gəzə və ya yuxarıdakı 2 metrlik heykəllə şəkil çəkdirə bilərlər.

Mənbə: bilgitopya.com

Tərcümə etdi: Aysel Aslanova

Paylaş
Şərh əlavə et