Bu gün:

Saçların tez uzanması üçün nə etmək lazımdır?


Dəriyə qulluq bələdçilərinə görə, soğan suyu saç uzanması üçün evdə hazırlanmış ən yaxşı vasitədir. Soğan suyunun tərkibində kükürd var ki, bu da saçların uzanmasına kömək edir. Sarımsaq saç tökülməsinin başqa bir təsirli müalicəsidir.

Onlymyhealth bildirib ki, soğan suyundan ardıcıl istifadə ən təsirli tədbirdir. Soğan suyu içmək saç tökülməsinin qarşısını almaq üçün təsirli olmadığı üçün soğan suyu birbaşa saç dərisinə çəkilməlidir. Bunun üçün soğanı doğrayın və mikserlə həlməşil vəziyyətə gətirin. Şirəsini çıxarmaq üçün süzün. Soğanın pis qoxusunu azaltmaq üçün onun şirəsini bal ilə qarışdırın. Bal saçların böyüməsinə də kömək edən bir tərkib hissəsidir. Tətbiqdən 45 dəqiqə sonra saçınızı ətirli şampun ilə yuyaraq prosesi tamamlayın.

Mənbə: 411answers.com

Tərcümə etdi: Aydan İbrahimli

Paylaş
Şərh əlavə et