Bu gün:

Antibiotiklər necə istifadə olunmalıdır?


Son illərdə çox istifadə edilən və lazım olmadığı halda sağaldıcı təsiri olduğu inancı ilə tükətilən antibiotiklər diqqətli istifadə edilmədikdə orqanizmə zərər verə biləcək bir dərman növüdür. Xüsusilə uşaqlarda antibiotiklərin istifadəsinə xüsusi diqqət yetirilməlidir, çünki onlar orqanizmin patogen mikroorqanizmlərə qarşı müqavimətini azaldır.

Antibiotik nədir?

Ser Aleksander Fleming adlı bir şotland alimi çörəyin üzərindəki yaşıl qəlibdə bakteriyaların yaşaya bilməyəcəyinin fərqinə varır  və 1829-cu ildə "möcüzə dərmanı" adlandırılan penisilini kəşf edir. Sonrakı prosesdə tədqiqatçılar penisilini təmizləyirlər və 1940-cı illərdə bakterial xəstəliklərin müalicəsində istifadə edirlər. Bu gün antibiotiklər müxtəlif mikroorqanizmlər vasitəsilə kimyəvi və ya biosintez yolu ilə yosun, göbələk, maya və kif kimi canlılardan əldə edilir. Penisilinlə yanaşı, teramisin və streptomisin törəmə kimyəvi maddələrin hamısı antibiotik preparatları adlanır. Latın dilində “həyata qarşı” mənasını verən antibiotiklər bakteriya, xərçəng və göbələk infeksiyalarının yaratdığı xəstəliklərin müalicəsində istifadə olunur. Antibiotiklərlə bağlı ən böyük yanlış fikir onların virus xəstəliklərinin müalicəsində də istifadə edilməsidir. Tərkibində antibiotik olan dərmanların qrip və soyuqdəymə kimi virus xəstəlikləri zamanı heç bir təsiri yoxdur.

Məşhur inancın əksinə olaraq, qızdırmasalıcı təsir göstərmir. Antibiotiklərdən istifadə zamanı qızdırmanın azalmasının səbəbi bakterial infeksiya xəstəliyini müalicə etməkdir.

Antibiotiklərdən necə istifadə edilməlidir?

Antibiotiklərdən istifadə həkim tərəfindən xəstənin xüsusiyyətlərinə, dərmanın təsirinə və xəstəliyə səbəb olan bakteriyaların quruluşuna uyğun olaraq
tövsiyə olunur. Xəstəliyin müalicəsində istifadə ediləcək antibiotikə qərar vermək üçün həkim xəstədə həssaslıq testi aparır. Həssaslıq testinin olmadığı hallarda xəstə kliniki tapıntıları qiymətləndirir və tapıntıları öz təcrübəsi ilə birləşdirərək ən uyğun antibiotik müalicəsini seçir. Xüsusilə, qram-mənfi sepsis, pnevmoniya və meningit kimi xəstəliklərdə düzgün antibiotik seçmək və ondan düzgün istifadə etmək həyati əhəmiyyət kəsb edir. Seçilmiş antibiotikin xəstəliyin müalicəsi üçün lazımi effekti əldə etməsi üçün dərmanı tövsiyə olunan müddətdə, kifayət qədər dozada və uyğun fasilələrlə istifadə etmək vacibdir. Antibiotiklərin təsadüfi, profilaktik və ya həddindən artıq istifadəsi mikroorqanizmlərin dərmana qarşı müqavimətini inkişaf etdirərək müalicəni çətinləşdirir. Həkim tövsiyə etmədiyi halda lazımsız antibiotiklərdən istifadə
etməməklə bakteriyaların dərmana qarşı müqavimətinin inkişafını ləngitmək və yayılmasının qarşısını almaq olar. Meyvə şirəsi və ya südün antibiotiklərlə birlikdə istifadəsi dərmanın effektivliyini azalda bilər. Bu səbəbdən dərman qəbul edərkən yalnız su istifadə etmək tövsiyə olunur. Başqası üçün təyin edilmiş antibiotiklər heç vaxt istifadə edilməməlidir.
 
Mənbə: Medicalpark 

Tərcümə etdi: Nuray Mürsəlova

Paylaş
Şərh əlavə et