Bu gün:

Plastik qablar hansı təhlükələri yaradır?


Bədənimizə bəlli olmayan qidalarla daxil olan mikroplastiklər ciddi sağlamlıq problemləri yarada bilər.

Mütəxəssislərin fikrincə, hər həftə biz  fərqinə varmadan kredit kartı ölçüsündə mikroplastik istifadə edirik.

"Environmental Science & Technology" jurnalında dərc olunan son araşdırmaya görə, plastik yemə qabları yeməklərə mikroplastiklər buraxır.

Elm adamları plastik yemə qablarının istifadəçilərinin bıçağın təkrar zərbəsi nəticəsində milyonlarla plastik hissəciklərin yarana biləcəyini tədqiq ediblər.

Harvard tədqiqatçılarının fikrincə, belə mikroplastiklər sağlamlıq üçün real təhlükə yaradır. Həzm problemləri və xərçəngə səbəb olan bu mikroplastiklər isə olduqca təhlükəlidir.

Yalnız mikroplastiklər buraxılmır, həm də plastik su şüşələrindən su içirsinizsə, plastik qablaşdırmada yemək yeyirsinizsə və ya sadəcə ət yeyirsinizsə, bu, mikroplastik istifadə etdiyiniz deməkdir.

Plastikə məruz qalmanızı azaltmaq üçün mətbəxdə istifadə edilən ləvazimatları nəzərdən keçirmək lazımdır.

Mənbə: Memorial 

Tərcümə etdi: Nuray Mürsəlova

Paylaş
Şərh əlavə et