Bu gün:

Panik atak nədir, əlamətləri və müalicəsi necədir?


Birdən-birə baş verən, zaman-zaman təkrarlanan və insanı dəhşətə salan  güclü narahatlıq  və ya  qorxu hücumlarının nə olduğunu bilirsinizmi? 

Pasientlərimizin tez- tez ” böhran “ adlandırdıqları bu qıcolmalara  biz Panik Ataklar  deyirik. Panik atak  qəfil başlayır , daha şiddətli olur və 10 dəqiqə ərzində ən yüksək səviyyəyə çatır. Adətən 10-30 dəqiqədən sonra (nadir hallarda 1 saata qədər) öz-özünə keçir.

Panik atakın əlamətləri hansıdır?

Sinə ağrısı və ya sinə sıxlığı;

Ürək döyüntüsü, sərt və ya sürətli ürək döyüntüsü;

Nəfəs darlığı və ya boğulma;

Başgicəllənmə, yıxılma və ya huşunu itirmə;

Üşümə, titrəmə və ya istilik basma;

Özünüzü və ya başqalarını dəyişmiş, qəribə və fərqli hiss etmək;

Ürəkbulanma və ya qarın ağrısı;

İdarəetməni itirmək və ya dəli olmaq qorxusu. 

Panik pozğunluğu nədir?

Əlamətləri:

Hücumlar arasında daha çox çaxnaşma hücumlarının olacağı ilə bağlı davamlı narahatlıq

Davamlı kədər və ya Panik Atakların “infarkt keçirmə, ölüm”, “nəzarəti itirmək və dəli olmaq”  kimi dəhşətli nəticələrə səbəb ola biləcəyinə inanmaq

Panik atak qorxusu keçirən insanlarda hücumlara və ola biləcək pis nəticələrə qarşı tədbir olaraq (işə getməmək, idman etməmək, ev işləri ilə məşğul olmamaq, bəzi yeməkləri yeməmək və ya içkiləri içməmək, dərman, su, spirt, müxtəlif qidaları özü ilə daşımaq) bəzi davranış dəyişiklikləri müşahidə olunur.

Panik pozğunluğunun baş verməsinə səbəb nədir?

Panik atak pozğunluğunun meydana gəlməsinin iki elmi izahı var:

1. Panik pozğunluğu beynimizdəki neyron adlanan sinir hüceyrələrindən ifraz olunan, həyəcan və emosional həyatımızı tənzimləyən bəzi beyin hormonlarının anormal işləməsi nəticəsində meydana gəlir.

2. Panik pozğunluğu, gündəlik həyatımızda bəzi davranışlarımız nəticəsində meydana gələn və tamamilə “təbii və zərərsiz” olan ürək döyüntüsü, tərləmə, nəfəs darlığı və ya başgicəllənmə kimi fiziki əlamətlərin xəstə tərəfindən simptom olaraq qiymətləndirilməsidir.Nəticədə pis bir xəstəlikdən və nəticədə   “infarkt” “öləcəm”, “dəli oluram”, “iflic olacağam”  kimi yanlış təfsir edildikdə baş verir. 

Mənbə: cnnturk.com 

Tərcümə etdi: Aytac Musayeva

Paylaş
Şərh əlavə et