Bu gün:

Antarktida həyatı haqqında maraqlı Faktlar


Antarktidada qış aylarında yaşayan insanlar var

Soyuqluğun dərindən hiss olunduğu qış aylarında Antarktidada qalan cəsur insanlar var. Yaşamaq üçün yeganə çətinlik soyuqluq deyil. Bütün qış ayları tam qaranlıqda keçir. Günəş işığı olmayan qış aylarında Antarktidada yaşamaq insanlarda əhval pozğunluğuna səbəb ola bilər. Odur ki, qış aylarında işləməyə namizəd olan insanlar əvvəlcə bəzi psixoloji testlərdən keçirlər. D vitamini çatışmazlığının depressiyanın əhəmiyyətli səbəblərindən biri olduğu ifadə edilir. İnsanlar yoqa dərsləri etməklə, xarici dil öyrənməklə, idman zalında məşq etməklə, kitab oxumaqla, hidroponik istixanalar seçməklə bu çətin dövrün öhdəsindən gəlməyə çalışırlar.

Dünyanın ən soyuq yerində keçirilən illik rok konserti

Antarctica Icestock: Antarktidada hər Yeni il gecəsi açıq havada rok konserti keçirilir. IceStock adlanan konsert 1990-cı ildən keçirilir və altı saat davam edir. Solo akustik çıxışlar, rok qrupları növbə ilə çıxış edirlər. Bu, qitədə yeganə musiqi fəaliyyəti deyil. 

İnternetdən çox istifadə edilə bilməz

Qitədə internet xidməti var, lakin son dərəcə məhduddur. İnternetdən, ümumiyyətlə, elmi fəaliyyətlər üçün istifadə olunur. Kifayət qədər yavaş olduğu üçün ping vaxtları yüksəkdir və Steam kimi xidmətlər bloklanır. Hətta Skype-dan istifadəyə icazə verilmir.  

Atletika və idman yarışları keçirilir

Qitədə atletika və idman yarışları keçirilir. Hər il Ross Island Kuboku adı altında reqbi yarışları keçirilir və Yeni Zelandiya adətən bu kuboku qazanır. 1959-cu ildən “300 klub” adlı müsabiqə keçirilir. İştirakçılar 93 dərəcə saunada vaxt keçirdikdən sonra -73 dərəcədə küçəyə çıxır, yalnız ayaqqabılarını geyinir və qaçış yarışı keçirirlər. 

Turistlərin sayı artır

Son bir neçə onillikdə Antarktidaya turizm artmışdır. 1980-ci illərdə bu qitə ildə maksimum 2000 turisti qəbul edirdi. Lakin 2007-2008-ci il mövsümündə bu rəqəm 46 min ziyarətçiyə yüksəlib. Problem ondadır ki, Antarktida iqlim dəyişikliyinə görə dünyanın ən sürətlə istiləşən bölgəsidir və çoxlu miqdarda qalıq yanacaqları olan nəhəng gəmilər yaxınlaşsa, bu yaxşı bir şey olmayacaq. Vəhşi təbiət və ya bütövlükdə planet təsirlənəcək. Antarktidaya gələn insanlar buradakı təmiz təbiəti müşahidə etmək istəyirlər, lakin bəşəriyyətin karbon izi zərif ekosistem üçün təhlükəlidir. Bilinməlidir ki, Antarktidaya tətil əksər səyahətlərdən daha təhlükəlidir. 1979-cu ildə qitəyə gələn təyyarə pis hava şəraiti səbəbindən dağa çırpılıb və 257 sərnişinin hamısı ölüb.

Mənbə: ListeList

Tərcümə etdi: Aminə Paşazadə

Paylaş
Şərh əlavə et