Bu gün:

Bitkilər neçə böyüyür?


Heyvan hüceyrələrindən fərqli olaraq, bitki hüceyrələri sərt hüceyrə divarları ilə əhatə olunmuşdur. Ancaq buna baxmayaraq, böyüməyi və çoxalmağı bacarırlar. Görərək neçə? Gəlin, öyrənək.

Bitki hüceyrələrini əhatə edən divarlar üç əsas komponentdən ibarətdir: sellüloza, hemiselüloza və pektin. Sellüloza molekulları dəmir-beton divarların içərisində dəmir çubuqlar kimidir. Onlar strukturun möhkəmliyini təmin edən əsas komponentlərdir. Hemiselüloz sellüloza molekullarını bir-birinə bağlayaraq gücü gücləndirir. Pektin bütün quruluşu bir yerdə saxlayır.
Məlumdur ki, auksin adlı hormon bitki hüceyrələrinin böyüməsində rol oynayır. Adını yunanca "böyümək" mənasını verən auxein sözündən alan bu molekul hüceyrələrin böyüməsində rol oynayan digər molekulların istehsalını təmin edən genləri aktivləşdirir. Bitkilərdə meyvələrin, toxumların və köklərin inkişafından tutmuş budaqların cücərməsinə və yarpaqların əmələ gəlməsinə qədər bütün böyümə proseslərində fəal rol oynayır.

Oksin hormonunun böyüməyə necə səbəb olduğunu izah etmək üçün irəli sürülən nəzəriyyələrdən biri, auksinin hüceyrələri daha asidik etdiyini söyləyir. Oksinin istehsalını tetikleyen maddələr də turşuluğu artırır. Bu nəzəriyyəyə görə, auksin hormonunun yaratdığı turşuluğun artması hüceyrə divarını təşkil edən komponentlər arasındakı bağları zəiflədərək hüceyrə böyüməsini asanlaşdırır.

Tədqiqatçılar auksinin hüceyrə divarına protonların vurulmasını tetikleyerek hüceyrə divarının turşuluğunu artırdığını kəşf etdilər. Ətraf mühitin turşuluğunun artırılması sellüloza və hemiselüloza molekulları arasındakı bağları pozan ekspansin zülalının aktivləşməsinə imkan verir.

Hüceyrə divarına protonların vurulması da suyun hüceyrəyə daxil olmasına imkan verir və beləliklə hüceyrə daxilində təzyiqi artırır. Hüceyrə divarı kifayət qədər yumşaldıqda və daxili təzyiq kifayət qədər yüksəldikdə hüceyrə şişməyə başlayır.

Mənbə:Bilim Genç

Tərcümə etdi:Sona Adgözəlova

Paylaş
Şərh əlavə et