Bu gün:

Ən çox yayılmış allergiya növləri


Ən çox yayılmış allergiya növləri

Astma tənəffüs çatışmazlığına səbəb ola bilən xroniki bir tənəffüs xəstəliyidir. Ağciyərlərdə tənəffüs yollarının daralması nəticəsində nəfəs darlığı, öskürək və hırıltı kimi əlamətlərlə irəliləyir. Astmanın iki fərqli forması var; allergik və xroniki astma. Allergik astma allergik rinit və atopik dermatitlə yanaşı allergik mənşəli mühüm xəstəliklərdəndir. Allergik astma digər allergik xəstəliklər kimi, immunitet sisteminin müəyyən xarici stimullara həddindən artıq reaksiyası ilə xarakterizə olunan bir xəstəlikdir. Xroniki astma adətən 30-40 yaşlarında başlayan və tənəffüs yollarının iltihabı və daralması nəticəsində yaranan astma növüdür. Astma müalicəsi üçün iltihab əleyhinə və bronxodilatator dərmanlar istifadə olunur və simptomlar adətən dərmanlarla idarə oluna bilər. Allergik astmada orqanizmin reaksiya verdiyi allergen maddələrdən uzaq durmaq müalicənin əhəmiyyətli bir hissəsidir. 

Allergik rinit asqırma, burun qaşınması, burun tutulması və burun axması ilə xarakterizə olunan, bədənin müdafiə sisteminin vasitəçiliyi ilə ortaya çıxan bir xəstəlikdir. Daha çox saman qızdırması kimi tanınır. Bunun əksinə olaraq, allergik rinit polenlərdən başqa digər agentlər, məsələn, ev heyvanı tükləri, ev tozu gənələri və ya kiflər tərəfindən törədilə bilər. Xəstəlik bütün yaş qruplarında yarana bilər.  Adətən uşaqlıqda başlayır və həyat boyu davam edir.

Göz allergiyası

Göz allergiyası və ya allergik konyunktivit bədənin polen və ya toz kimi bir allergenə həddindən artıq reaksiyası nəticəsində gözün səthini örtən təbəqənin iltihabıdır. Qaşınma, yanma, qızartı, axıntı, yad cisim hissi göz allergiyasının əsas əlamətləridir. Gözə daxil olan hər hansı bir maddə allergik konjonktivitə səbəb ola bilər. Ən çox görülən polen, kif sporları, ev heyvanlarının tükləri və ev tozu gənələri kimi ümumi hava alerjenləridir. Adətən allergik rinitlə birlikdə görülür və müalicə edilmədikdə gözlərə qalıcı ziyan vura bilir.

Mənbə: medical park
Tərcümə etdi: Aynur Mikayılova

Paylaş
Şərh əlavə et