Bu gün:

Camuşlu qayaüstü rəsmləri


Camuşlu Qarsı Kağızmanla birləşdirən magistral yolun düz sahilindədir. Uzaqdan baxıldığında sadə qaya kimi görünsə də bu yer Anadolunun ən böyük tarixi sərvətlərindən birinə ev sahibliyi edir.

Hündürlüyü 3,5-4 metr, uzunluğu 14 metr olan düz bir səthə çəkilmiş ilk baxışda saysız-hesabsız görünən qayaüstü rəsmlər bir anlıq ayaq saxlamağınız üçün kifayət qədər sehirləyicidir. 

Mütəxəssislər səbirlə təsvirləri hesablayıblar: Məlum olub ki, qayada 77 maral, 13 dağ keçisi, 90-dan çox insan və vəhşi mal-qara təsvir olunub. Bu təsvir obsidian kəsicilərdən istifadə edilməklə qazma və vurma texnikası ilə hazırlanmışdır. Dəqiq tarixi bilinməsə də, ən inandırıcı fikir ovçu rəssamların ov sehrinə inandıqları üçün onu çəkmələridir. Ancaq bir şey dəqiqdir: bu, tarixdən əvvəlki dövrlərdən salamat qalan və kətan əvəzinə qayadan istifadə edilərək ərsəyə gələn unikal sənət əsəridir.


Mənbə: arkeoloji_dunyasi

Tərcümə etdi: Türkan Kərimli

Paylaş
Şərh əlavə et