Bu gün:

Uşaqların müntəzəm şəkildə "fast food"-lardan istifadəsinin zərərləri


Təəsüf ki, fast food uşaqların sevdiyi və üstünlük verdiyi qida qrupudur. Fast food tərzi qidalanma gələcəkdə sağlamlığımıza mənfi təsir göstərir. Gənc yaşdan qeyri-sağlam qida istifadə edən uşaqlar sağlam qidalanan uşaqlardan daha çox piylənmə və çəki problemləri, ürək-damar xəstəlikləri və bir çox fiziki xəstəliklərlə qarşılaşırlar. Uşağın sağlam qidalanma tərzinə yiyələnməsini təmin etmək üçün əsas öhdəlik valideynlərin üzərinə düşür. 

Ayaqüstü yeməklərdən çox istifadə edən uşaqların böyüdükcə yaşaya biləcəyi sağlamlıq problemləri və ağırlaşmalara aşağıdakılar daxildir:

 • Osteoklaz,

 • Ürək-damar xəstəlikləri, yağ, şəkər və duzu yüksək olan qidaların qəbulu yetkinlik dövründə yüksək xolesterin, yüksək təzyiq və aterosklerozun inkişafına səbəb olur.

 • II qrup diabet uşaqlarda artıq çəki, fiziki hərəkətsizlik və genetik faktorlar ilə əlaqələndirilir.

 • Astma kimi bəzi tənəffüs problemləri daha çox kilolu uşaqlarda müşahidə olunur.

 • Kilolu olmağın fəsadlarına qaraciyər problemləri, bud-çanaq inkişafı ilə bağlı problemlər (bud sümüyü epifizinin sürüşməsi), öd kisəsində daşlar, erkən yetkinlik və polikistik yumurtalıq sindromu daxildir. 

 Belə xəstəliklərin yaranma ehtimalına qarşı övladınızı müntəzəm şəkildə həkim yoxlanışından keçirin. Əgər həkiminiz hər hansısa xəstəlik əlamətləri müşahidə edərsə, Mütləq problemi vaxtında aradan qaldırmağa çalışın. 


Mənbə : medilife. com

Tərcümə edən: Leila Adigözəlova

Paylaş
Şərh əlavə et