Bu gün:

Hansı səbəblərdən idman ilə məşğul olmalıyıq?


Müntəzəm olaraq idman etmək yalnız sağlam həyat yox, həm də uzunömürlülüyü təmin edir. Bədənimiz hərəkət etmək üçün yaradılsa da, əksəriyyətimiz günü oturaraq keçirir.
İdmanla məşğul olmaq üçün 10 mühüm səbəbi sadalaya bilərik;


 1- İlk növbədə məşq zamanı ürəyin döyünməsi, bədənə daha çox qan vurulması və hüceyrələrə gedən oksigenin artması enerjimizin də çoxalmasına səbəb olur.

 2- İdmanla bədənin Ph səviyyəsi balanslaşdırılır, revmatizm və xərçəng kimi xəstəliklərin qarşısını almağa imkan yaradır. 

 3- İdman etmək əhval-ruhiyyəni yaxşılaşdırır və bədənin endorfin ifrazına səbəb olur.

 4- Sağlam şəkildə kökəlmənizə kömək edir. Kökəlməyin yolu nizamlı qidalanma və nizamlı idmandan keçir.

 5- Sağlam bir şəkildə arıqlamanıza kömək edir, nizamlı idman etmək maddələr mübadiləsini aktivləşdirir və kalori yandırmağınıza kömək edir.

 6- Bədən müqavimətini artırır və sonrakı yaşlarda güc itkisini ləngidir.

 7- Bədənin elastikliyini artırır və hərəkətliliyin artmasına kömək edir.

 8- Balans və konsentrasiyanı yaxşılaşdırır.

 9- Toksinlərdən xilas olmağımıza kömək edir.

 10- Sağlam və daha keyfiyyətli bir həyatı mümkün edir. 


Mənbə:Sencard.com

Tərcümə edən : Leila Adigözəlova

Paylaş
Şərh əlavə et