Bu gün:

8 Mart Beynəlxalq Qadınlar Günü


Beynəlxalq Qadınlar Günü Birləşmiş Millətlər Təşkilatının müəyyən etdiyi kimi hər il 8 Martda qeyd olunan beynəlxalq gündür. Bu gün qadınların siyasi və sosial şüurunun insan hüquqları əsasında inkişaf etdirilməsinə, onların iqtisadi, siyasi və sosial nailiyyətlərinin qeyd olunmasına həsr olunub. Beynəlxalq Qadınlar Günü qadın hüquqları hərəkatının mərkəzidir.


Amerika Sosialist Partiyası 28 fevral 1909-cu ildə Nyu Yorkda “Qadınlar Günü” təşkil etdikdən sonra 1910-cu il Beynəlxalq Sosialist Qadınlar Konfransı hər il “Qadınlar Günü”nün keçirilməsini təklif etdi. 1917-ci ildə Sovet Rusiyasında qadınlar səsvermə hüququ qazandıqdan sonra 8 Mart milli bayram kimi qeyd olunur. Qadınlar Günü 1967-ci ildə feminist hərəkat tərəfindən qəbul edilənə qədər əsasən sosialist hərəkatları və kommunist ölkələri tərəfindən qeyd olunurdu. 1975-ci ildə Birləşmiş Millətlər Təşkilatı tərəfindən qeyd olunmağa başladı. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 16 dekabr 1977-ci il tarixli qərarı ilə üzv ölkələr öz ənənələrinə və tarixlərinə uyğun bir günü Beynəlxalq Qadın Hüquqları və Beynəlxalq Sülh Günü elan etməyə dəvət etdi. 


8 Mart Beynəlxalq Qadınlar Gününün tarixi 1800-cü illərdə tekstil fabrikində baş verən yanğına əsaslanır. Tekstil fabrikində başlanan tətil zamanı çıxan yanğında 129 qadın həyatını itirib. Bu fəlakətli hadisənin tarixi 1857-ci il martın 8-i idi.


Mənbə:ntv.com


Tərcümə etdi:Səmayə Qədirova

Paylaş
Şərh əlavə et