Bu gün:

Sakitləşmək üçün nə etmək lazımdır?



Hər bir insan zaman-zaman narahat olur və əsəbiləşir. Bu, həyatın təbii axınının vacib hissəsi hesab olunur. Ancaq narahatlıq və qəzəb bədəni ələ keçirdikdə arzuolunmaz sözlər və ya davranışlar meydana gələ bilər. Bu vəziyyətdə bacardığınız qədər özünüzü sakitləşdirmək lazımdır. Bəs sakitləşmək üçün nə etmək lazımdır?


Stress, qorxu və narahatlıq müasir həyatın təbii hissəsinə çevrilib. Digər tərəfdən, bir çox insanlar həddindən artıq stress səbəbindən xəstələnə bilər. Stressdən qaynaqlanan xəstəliklərdən qorunmaq və həyatı idarə etmək üçün sakitləşmək ən vacib şərtlərdən biridir. Buna görə də hər bir insan kimi, əvvəlcə sakitləşmək lazımdır.


Özünüzü sakitləşdirmək üçün əvvəlcə dərindən və yavaş-yavaş nəfəs almağa başlaya bilərsiniz. Bu şəkildə nəfəs almanın bədənin stress hormonlarının ifrazını dayandırmasına və rahatlamasına kömək etdiyi bilinir. Nəfəs almağa konsentrə olmaqla, fikrinizi yayındıra və yalnız özünüzə diqqət yetirə bilərsiniz. Bundan əlavə, ətrafınızdakı pəncərələri açmaq və ya mümkünsə birbaşa təmiz havaya çıxmaq sizi sakitləşdirməyə kömək edə bilər.


Sakitləşməyiniz lazım olduqda qəhvə və qara çay kimi stimullaşdırıcı içkilər yerinə bitki çaylarına müraciət edə bilərsiniz. Belə anlarda sakitləşdirici qoxu və sakitləşdirici xüsusiyyətlərə malik cökə çayını seçə bilərsiniz.


Mənbə: wefood.com

Tərcümə etdi: Səmayə Qədirova

Paylaş
Şərh əlavə et