Bu gün:

Qan təzyiqinin aşağı düşməsinə nələr səbəb olur?


Sadə, lakin əhəmiyyətli bir vəziyyət hesab edilən susuzlaşdırma aşağı təzyiqin səbəbləri arasında ola bilər.  Bundan əlavə, daha böyük problemlər də aşağı təzyiqin səbəbi ola bilər. 

Arteriya daxilində təzyiqə qan təzyiqi deyilir.  Bu təzyiq aşağı olarsa, aşağı qan təzyiqi meydana gəlir.  Bədəndəki bütün orqanların düzgün işləməsi üçün sistolik qan təzyiqi 90-120 mmHg, diastolik təzyiq isə 60-90 mmHg arasında olmalıdır.Qan təzyiqinin ölçülməsi nəticələri 90/60 mmHg-dən aşağıdırsa, yəni 9-dan 6-a qədərdirsə, bu, aşağı qan təzyiqini göstərir.  Bu vəziyyət düzəldilməli və dərhal lazımi tədbirlər görülməlidir.

Qan təzyiqinin düşməsi, xüsusilə, gözlərin qaralmasına səbəb ola bilər. Yıxılma nəticəsində zədələnmə riski olduğu üçün şəxsin ən yaxın yerdə oturması və bir müddət ayağa qalxmaması tövsiyə olunur. Bu prosesdə aşağı təzyiqin zərərlərindən qaçmaq üçün dərhal təzyiq dəyərini normal vəziyyətə gətirmək üçün bir şey edilməlidir.

Aşağı qan təzyiqi özü bir xəstəlik sayılmayan, lakin hər hansı bir xəstəliyin əlaməti sayıla bilən bir xəstəlikdir. Həyat keyfiyyətini aşağı salır və insanın müxtəlif problemlər yaşamasına səbəb olur. 

Yüksək qan təzyiqi təhlükəli olduğu kimi, aşağı təzyiq də eyni dərəcədə vacibdir və lazımi analizlər həkim tərəfindən aparılmalıdır. Əks halda, ciddi bir əsas xəstəlik ola bilər və vəziyyətə məhəl qoyulmazsa, xəstəlik irəliləyə bilər.Daha inkişaf etmiş hallarda, yolda gedərkən qəfil yıxılma və ya huşunu itirmə baş verə bilər.  Bu vəziyyət də insanın toqquşma səbəbiylə fərqli problemlər yaşamasına səbəb ola bilər.  Bütün bu səbəblərə görə qan təzyiqinin aşağı düşməsinin səbəbi araşdırılmalı və müalicə edilməlidir. Əgər qan təzyiqi qəfil azalırsa və ya bulanıq görmə, yorğunluq hissi, ürəkbulanma və ya başgicəllənmə kimi simptomlarla müşayiət olunursa, problemin altında yatan başqa bir xəstəlikdən şübhələnir.

Bədənin bütün orqanları çox vacib olsa da, beyin xüsusi əhəmiyyət kəsb edir.Beynin düzgün işləməsi və lazımi oksigeni qəbul etməsi üçün qan təzyiqi müəyyən bir dəyərdən aşağı və ya yuxarı olmamalıdır. Əks halda qan təzyiqinin aşağı düşməsi serebral iflic, böyrək çatışmazlığı və qaraciyər xəstəliklərinə səbəb ola bilər.

Mənbə: medical park
Tərcümə etdi: Aynur Mikayılova

Paylaş
Şərh əlavə et