Bu gün:

Yulafın zərərləri


Yulaf sağlam tərəfləri ilə tanınsa da, yulafın zərərli təsirləri də var. O, elmi olaraq “avena sativa” kimi tanınır. Keçmişdən bu günə qədər, ümumiyyətlə, heyvan yemi kimi istifadə edilib.

Bununla belə, tərkibindəki müxtəlif vitamin və minerallara görə insanlar tərəfindən də seçilir. Yulaf əzməsi normal olaraq zərərli qida olmasa da, müxtəlif xəstəlikləri olanlar üçün mənfi təsirlərə səbəb ola bilər. 

Ümumiyyətlə, yulafın zərərləri fərdidir.Yəni insandan insana dəyişə bilər. Mədə xorası (mədə yaraları) və ya qastrit kimi mədə xəstəlikləri varsa, narahat edici təsir göstərə bilər.

Şişkinlik və həzmsizliyə səbəb ola bilər. Eyni zamanda, yulaf əzməsi istifadəsi ilə bəzi bağırsaq xəstəlikləri daha da irəliləyə bilər. Bu səbəbdən onu istifadə etməzdən əvvəl diqqətli olmaq lazımdır. 

İstənməyən nəticələrin qarşısını almaq üçün şəxsə həkimə müraciət etmək tövsiyə oluna bilər.Xüsusilə heyvan südündən istifadə etmək istəməyənlər üçün yulafın südlü formasına üstünlük verilə bilər. 

Ancaq bəzi insanlar üçün yulaf südü zərərli ola biləcək bir seçimdir. Lif baxımından zəngin olmasına baxmayaraq, çölyak xəstələri üçün riskli seçim ola bilər. Bu səbəbdən istifadə edərkən diqqətli olmaq və mümkünsə əvvəlcə az miqdarda istifadə etmək tövsiyə olunur.

Qlütensiz yulaf südü çölyak xəstələrinin içə biləcəyi bir növ olsa da, birdən çox miqdarda qəbul edilməməlidir. Hər bir qida hər bir orqanizmdə fərqli reaksiyalara səbəb ola bilər. Yulaf südü inkişaf çağındakı uşaqların içə biləcəyi bitki mənşəli süd olsa da, onlar üçün bəzi həssas vəziyyətlərə səbəb ola biləcəyini unutmaq olmaz.

Mənbə: medicalpark
Tərcümə etdi: Aynur Mikayılova

Paylaş
Şərh əlavə et