Bu gün:

Saç tökülməsinin əsas səbəbləri nələrdir?


24media.az-ın budəfəki müsahibi trixoloq Ağa Əliverdiyevdir. O saç tökülməsinin səbəblərindən danışıb. 

-Saç tökülməsinin səbəbləri və müalicə üsulları nələrdir?

Saç tökülməsinin bir çox səbəbləri var: qastrotensal, seboriya, ekzema və s. Ən böyük səbəb nevroloji səbəblərdir. Kapiliyar damarlarda spazma yaranır. Kök molekulları qidalanmır, qan dövranı dayanır. Qan təchizatı durduqdan sonra saça lazım olan dəmir, sink, biotin, amin turşuları qəbul olunmur. Vitamin çatışmazlığından( ən çox dəmir, sink, maqnezium, biotin) əziyyət çəkənlərdə də bu hallar baş verir. Bəzən folekulların piqmentləri ölür. Piqmentlər ayaq dırnağımızdan tutmuş gözümüzün rənginə qədər bizi hamıdan fərqləndirən elementlərdir. Ona görə də, erkən yaşda saçlarınız tökülürsə, mütəq şəkildə dermatoloqa deyil, trixoloqa müraciət etməlisiniz. Çünki dermatoloqların sahəsi dəridə olan xəstəliklərdir. Amma trixologiya tamam başqa sahədir. Gün ərzində ən az 50-100 arası saç tökülə bilər. Ondan artıq tökülürsə, bu normal deyil. Bu o deməkdir ki, ciddi müdaxilə lazımdır. Aldığımız şampunlarla saç tökülməsinin dayanmasını gözləməyin. Bəzən şampun düşmür, bəzən daha pis edir. Kiminsə saçı töküləndə birinci dostundan, tanışından soruşur ki, saçım tökülür nə edim? Amma bu yanlış istiqamətdir. Çünki hər peşənin öz peşəkarı var. Ona görə mən də peşəkarları tanımağınız, onlardan müalicə almağınızı arzu edirəm. 

Gülnisə Əfkari

Paylaş