Bu gün:

Mor Qabriel Monastırı harada yerləşir?


Mor Qabriel Monastırı (Deyrulumur Monastırı) Midyat rayonundan 23 kilometr cənubda yerləşir. Monastır Assuriya qədim cəmiyyətinin məşhur və möhtəşəm tikililərindən biridir. Palma ağacları ilə örtülmüş bir təpədə ucaldılan monastırın təməli 397-ci ildə Mor Samuel və Mor Şemun tərəfindən qoyulub və qurulması qısa müddətdə tamamlanmıb. Müxtəlif tarixlərdə daxildən və xaricdən əlavələr edilib.

615 və 1049-cu illərdə metropolun mərkəzinə çevrilən monastırda imperator Arkadius (395-408) dövründə Mor Şemun tərəfindən sığınacaq və ibadət yerləri tikilib.

Mor Qabriel Monastırı Yunanıstanın Athos dağındakı hər hansısa digər monastırdan ən azı 400 il qədimdir. O, Fələstindəki Mor Saba monastırından təxminən 80 il, Misirin Sinay bölgəsindəki Mort Katerina monastırından isə yarım əsr əvvələ aiddir.

Monastır tarix boyu zaman-zaman fərqli adlarla adlandırılıb. İlk dövrlərində qurucularının adları ilə Mor Samuel və Mor Şemun Manastırı kimi tanınırdı. Süryanicə “Kahinlərin yurdu” mənasını verən “Dayro d'Umro” adından gələn Deyr-el Umur və bu ifadənin türkcəyə uyğunlaşması olan “Deyrulumur” kimi də tanınır. Eyni zamanda, Kartmin Yayvantəpə yaxın olduğu üçün “Kartmin Monastırı” kimi də tanınır. Bu gün də istifadə edilən "Mor Gabriel Monastery" adı Turabdin Metropoliti Mor Qabrielonun (634-668) adından gəlir.

Mənbə: Antiktarih

Tərcümə etdi: Türkan Kərimli

Paylaş
Şərh əlavə et