Bu gün:

Keçibuynuzunun faydaları


Xüsusilə bəkməz və un şəklində istifadə olunan keçibuynuzu eyni zamanda qış aylarında tez-tez rast gəlinən soyuqdəymə, qrip, bronxit kimi tənəffüs yolu infeksiyalarının qarşısını almaq üçün təbii şəfa qaynağıdır.


Keçibuynuzun bir sıra faydalarını sadalanan:

• Təbii antioksidant qaynağı olduğu üçün immunitet sistemini gücləndirməyə kömək edir. Xüsusilə bronxit və astma kimi ağciyərlərə əsaslanan tənəffüs xəstəliklərindən qoruyur.

• Zəngin vitamin və mineral tərkibi sayəsində infeksiyalara qarşı müqavimət və immunitet də təmin edir. Antibakterial xüsusiyyətləri ilə yaraların tez sağalmasına kömək edir.

Yüksək lifli quruluşu ilə arıqlamaq istəyənlər üçün təsirli qidadır. Tərkibində az şəkər olduğu üçün arıqlama prosesində şəkər ehtiyacının sağlam şəkildə qarşılanmasını təmin edir.

• Pis xolesterinin səviyyəsini azaldır; Qan təzyiqi, insult, damar tıxanması kimi xəstəliklərin qarşısını alır. İnfarkt riskini azaldır.

•Karob ekstraktı və ya bəkməz anemiyanın müalicəsində təbii dərman kimi çıxış edir.

• Maddələr mübadiləsini sürətləndirir və həzm sistemi hərəkətlərini tənzimləyir.

•Sümük sağlamlığını dəstəkləyir, dişləri gücləndirir və diş ətlərini qoruyur.

• Bədəndəki zədələnmiş hüceyrələri yeniləyir və qocalma əlamətlərini gecikdirir.

• Yaddaşı gücləndirir və diqqəti artırır.

Mənbə: npistanbul

Tərcümə etdi: Nailə Hadizadə

Paylaş
Şərh əlavə et