
Beyin şişi beyin toxumasında hüceyrələrin anormal və nəzarətsiz böyüməsidir, beyində çox böyük kütlə əmələ gətirir. Beyin şişləri xoşxassəli və ya bədxassəli ola bilər. Lakin xərçəngli olub-olmamasından asılı olmayaraq beyin şişləri ətrafdakı toxumalara təzyiq göstərəcək qədər böyüyərsə, beyin fəaliyyətinə təsir göstərə bilər. Adətən şiddətli baş ağrısı əlamətlərinə səbəb olan beyin şişi insanın gündəlik həyatına mənfi təsir göstərir. Beyin şişinin müalicəsi variantlarına şişin növündən və ya ölçüsündən asılı olaraq cərrahiyyə, kemoterapi və ya radiasiya daxildir.Şişlər böyüdükdə kəllə sümüyündə təzyiqin artmasına səbəb olur ki, bu da beyin zədələnməsi ilə həyati təhlükə yarada bilər.
Bundan əlavə, beyində inkişaf edən şişlər birincili şişlər, bədənin fərqli bir yerində əmələ gəldikdən sonra beyninizə yayılan şişlər isə ikincil şişlər və ya metastatik beyin şişləri adlanır. Ən çox görülən simptomu şiddətli bağ ağrısı olan beyin şişlərinin müalicəsinə şişin ölçüsü, növü və yerindən asılı olaraq cərrahiyyə, kimyaterapiya və radiasiya daxildir.
Mənbə:memorial.com.
Tərcümə etdi:Səmayə Qədirova
