Bu gün:

"Paşa çay" sözü necə yaranıb?


Ölkəmizdə sevə-sevə tükətdiyimiz çayın tarixi haqqında heç düşünmüsünüzmü? Əslində biz çayı o qədər çox istifadə edirik ki, ona milli içkimiz deyirik. Bu qədər sevdiyimiz çay əslində bizə aid deyil! Bəs bu paşa çayı haradan gəlir?

Çayın tarixi

Əvvəlcə çayın necə yarandığına nəzər salaq. Bunun üçün min illərlə geriyə səyahət etməliyik. Çay bitkisinin ilk göründüyü yer Çin hesab olunur. Çay haqqında ilk məlumat e.ə. 2737-ci ilə aiddir. O illərdə çinlilər çaydan içmək üçün deyil, tibbi prosedurlar zamanı istifadə edirdilər. Bununla belə, e.ə. 1000-ci ilə çatanda qaynar su ilə qarışdırıb içməyə başlayırlar. Çay içkisi belə meydana çıxır.

Rəvayətə görə, Çinin ilk imperatorlarından biri olan Şen Yunq çay bitkisinin təsadüfən qaynar suya düşməsinin şahidi olub. İmperator bu kəşflə çayın sehrinə düşür və rəvayətə görə yeddi il həmin bölgədə qalıb davamlı olaraq çay içir.

İçki kimi istifadə olunmaq üçün yetişdirilən, lakin tam yayıla bilməyən çay 1785-ci ilə qədər bahalı içki kimi şənliklərdə və saraylarda öz yerini tuturdu. Lakin bu dövrdən sonra çay müəyyən dərəcədə ingilislər və irlandlar tərəfindən ictimaiyyətə təqdim olunmağa başladı. Xalqla səyahəti bu dövrdə başlayan çayın müxtəlif çeşidləri yaranmağa başlayır. 

Soyuq su əlavə edilərək ilıq hala gətirilən və çay içməkdən həzz almağımıza imkan verən bu çaydakı “paşa” sözü fransızca “pas chaud” sözündəndir. "Pa-şo" ifadəsi fransızca "isti deyil" deməkdir.

Deyilənə görə, bir vaxtlar paşalar onlara verilən çayı içə bilmir, işləməyə vaxtları olmadığı üçün çay soyuyurmuş. Ona görə də, istiliyini itirmiş çaya bu ad verilir. 

Paşa çayı necə hazırlanır?

Paşa çayının hazırlanması əslində olduqca sadədir. Normal dəmlənmiş çayı stəkana süzdükdən sonra bir qədər soyuq olması üçün bir az su əlavə etmək kifayətdir. Şəkər də əlavə edilə bilər. Paşa çayı süfrədə gözləyərək öz-özünə soyuduğu üçün bu adı almışdır. Bu gün bu çay daha çox isti çaydan ağzı və əli yanan uşaqlara verilir.

Mənbə: haberturk.com

Tərcümə etdi: Aytac Musayeva 

Paylaş
Şərh əlavə et