Bu gün:

Tarixdə ilk protez barmaq nümunəsi


"Qahirə barmağı" kimi tanınan, təxminən 3000 illik bu süni baş barmaq indiyə qədər kəşf edilən ən qədim praktik protezlərdən biridir.


1997-ci ildə Misirin Luksor şəhərinin qərbində Şeyx Əbdül-Qurna nekropolunda bir dəfn kamerasında kəşf edilən protez yüksək statuslu qədim Misir keşişinin qızı olduğu güman edilən qadının qalıqlarına yapışdırılıb.

Təxminən 50-60 yaşları arasında ölən qadın ölməzdən xeyli əvvəl ayaq barmağının amputasiyasına məruz qalmışdı.

Eramızdan əvvəl 1-ci minilliyin əvvəllərinə aid olan bu süni ayaq barmağının insan fizioqnomiyasına çox bələd olan bir usta tərəfindən yaradıldığı güman edilir. Dəri və ağacdan hazırlanan protezin qadının ayağına tam uyğun olması üçün bir neçə dəfə yenidən düzəldildiyi məlumdur.


Mənbə: antiktarih

Tərcümə etdi: Türkan Kərimli

Paylaş
Şərh əlavə et