Bu gün:

Kainatda məlum olan ən parlaq obyekt


Zamandan qaçmaq yoxdur: Hər şey kimi kainatın ən parlaq cisimləri olaraq təyin olunan kvazarlar da sona doğru sürüklənirlər.

Bu yaxınlarda astronomlar kainatın ən parlaq obyektini kəşf etdiklərini açıqlayıblar. Bu obyektin Günəşdən 500 trilyon dəfə daha parlaq olduğu bildirilir. Ulduzlardan daha parlaq olan bu göy cisimlərinə kvazar deyirik. Kvazar "ulduzlu göy cismi" deməkdir. Bu parlaq obyekt Yerdən 12 milyard il uzaqdadır. Nəzərə alsaq ki, Böyük Partlayışdan sonrakı vaxt 13,8 milyard ildir, bu obyektin kainatın ilkin dövrünə aid olduğu heç kimə sirr deyil. Bildiyimiz kimi, ilk ulduzlar Böyük Partlayışdan 200 milyon il sonra yaranıb. Qalaktikaların ilk görünüşü Böyük Partlayışdan 1 milyard il sonra baş verir. Buna görə də kvazarların Böyük Partlayışdan sonra yaranan ilk qalaktikalar arasında olduğu düşünülür. Ancaq onları kvazarlar olaraq təyin etməyimizə səbəb olan ən əhəmiyyətli xüsusiyyət mərkəzlərindən bir enerji çıxışına sahib olmalarıdır. Bu mərkəz qara dəlikdir. Bu enerji çıxışının daha əvvəl qalaktikalara xas bir xüsusiyyət olduğu düşünülürdü, lakin bəzi qalaktikaların mərkəzində qara dəlik olmasına baxmayaraq, enerji çıxışının olmadığı görülüb. Məsələn, qalaktikamızın mərkəzindən, Süd Yolundan enerji axını yoxdur, amma biz bilirik ki, orada nəhəng bir qara dəlik var. Süd Yolu kimi mərkəzində nəhəng qara dəliyi olan qalaktikaların bir vaxtlar kvazara ev sahibliyi edə biləcəyi proqnozlaşdırılır.


Mənbə: T24

Tərcümə etdi: Fatimə Şükürova

Paylaş
Şərh əlavə et