Bu gün:

Antakyada Ov mozaikası


1932-ci ildə Qədim Dafna şəhərində (Hərbiyə) aşkar edilmiş Ov mozaikası eramızın 6-cı əsrinin əvvəllərinə aiddir və bu gün ABŞ-də yerləşir. Eramızın 526-cı ilində baş verən zəlzələdə dağılan villada üzə çıxarılan əsər 1936-cı ildən "Worcester Hunting Mozaic" adı ilə Worcester İncəsənət Muzeyində saxlanılır.

Təxminən 45 kvadratmetr sahəni əhatə edən mozaika döşəməsi bu gün ABŞ-də tapılan ən böyük Antakya mozaikasıdır. Mozaika piyada və ya at belində təsvir edilmiş, çölə baxan çoxlu ovçu fiqurlarını əhatə edir. Səhnənin ortasında tək bir ovçu dayanır və başqalarının böyük, təhlükəli oyunu ovlamaq üçün yay, nizə və qılıncdan istifadə etdiyini müşahidə edir. Orada ovçuların hədəfi olmayan gənc heyvanlar da təsvir edilmişdir. Mozaika panelinin dörd küncünün hər birində fərqli meyvə ağacı var. Yustinian dövründə hazırlanmış mozaika erkən Bizans sənətinin mühüm nümunələrindən biridir. O, digər tanınmış Bizans mozaikaları arasında unikaldır, ibadət yerində yerləşmir və dini mövzuları təsvir etmir. Ovçuluq Antakyada və daha ümumən Roma dünyasında aristokratik əyləncə idi, mozaika və sənətin digər formalarında ümumi mövzu idi. Mozaikanın miqyası və tikildiyi yer onun varlı Bizans aristokratının şəxsi mülkü olduğunu göstərir.


Mənbə: Arkeofili

Tərcümə etdi: Fatimə Şükürova

Paylaş
Şərh əlavə et