Bu gün:

Dəri sallanmasının qarşısını almaq üçün mükəmməl üsul


Dəri sallanmasının birdəfəlik həlli idmandır. Məşq zamanı əzələ tonusu güclənir və onun sərtliyi də artır. Bu da dərinin elastikliyini və sıxlığını artırır. Nəticələri görmək üçün üz yoqasına başlaya bilərsiniz. 

Yumurta ağı yalnız omlet hazırlamaq üçün deyil. Onun sallanan dəri üzərində sehrli təsir göstərdiyi də doğrudur. Dərinin dartılması effekti tətbiqin ilk 5 dəqiqəsində hiss olunur. Dərini möhkəmlədən üz maskası hazırlamaq üçün 1 yumurtanın ağını 1 xörək qaşığı qatıq və 1 çay qaşığı bal ilə qarışdırın.Tərkibləri birləşdirin və üzünüzə çəkin. 30 dəqiqə saxlayın və ilıq su ilə yuyun.

Maqnezium və zülal ilə zəngin olan yumurta ağları sallanan dərini və incə qırışları dartmaq üçün idealdır. Qatıq və balın nəmləndirici xüsusiyyətləri ilə birləşdirildikdə maska dərinizi qidalandıracaq və daha güclü təsir buraxacaq.


Mənbə: Milliyet

Tərcümə etdi: Fatimə Şükürova

Paylaş
Şərh əlavə et