Bu gün:

İmpressionizm nədir?


24media.az-ın "1 sual, 1 cavab" rubrikasının budəfəki qonağı rəssam Təranə Əliyevadır. O, impressionizm sənəti ilə bağlı danışıb.


İmpressionizm nədir, maddə xüsusiyyətləri nələrdir və hansı cəhətləri vardır?

-İmpressionizm təəssürat deməkdir. Ən məşhur impressionist Klod Mone, Renuar, Edqar Deqa ən sevdiyim və dəyər verdiyim dahilərdir. Kölgələrin müxtəlif rəng çalarları ilə ifadə olunması, təmiz rənglərin kətanda işlənməsi kimi qeyd olunur. İmpressionizm özünü təsviri sənətlə yanaşı musiqidə də göstərir. Lakin bu onlarda sadəcə  izlədiklərinin buraxdığı təsirə diqqət yetirir. Çox fərqli xüsusiyyətləri olan bir cərəyan kimi görünür. İmpressionizmlə əlaqəli olan əsərlər işıq vasitəsilə hazırlandığı üçün rəssamların əsas mənbəyi günəş olur. Ümumiyyətlə, impressionizmlə bağlı əsərlərdə canlılıq və parlaqlıq özünü göstərir. Bu sənətlə məşğul olan rəssamlar xarici görünüşü o qədər də əhəmiyyətli saymır və obyektivlikdən uzaqlaşırlar. Həmin sənətçilər isə bu nöqtədə emosional olaraq ifadə edilir.

Aytac Musayeva 

Paylaş
Şərh əlavə et