Bu gün:

Amputasiya nədir?


Amputasiya tibbdə cərrahi üsulla insanın bədənindən bir üzvün, adətən qolun və ya ayağın tamamilə və ya qismən kəsilib götürülməsinə deyilir.

Bu, ciddi xəsarətlər və ya digər sağlamlıq problemləri halında baş verə bilər. Amputasiyanın məqsədi əzalarda xəstəliyin yayılmasının qarşısını almaq və xəstənin həyat keyfiyyətini yaxşılaşdırmaqdır. Bu vəziyyət asan olmasa da, xəstəliyin irəliləmə sürətinə görə qərar verilə bilər. Qiymətləndirmədən sonra əzanın hansı səviyyədə kəsiləcəyi müəyyən edilir və buna uyğun olaraq reabilitasiya planı yaradıla bilər.

Bu proses insana psixoloji təsir göstərə bilər, ona görə də sonradan verilən psixoloji dəstək çox vacibdir. Fərdi dəstəkləmək üçün protez seçimləri də nəzərdən keçirilə bilər.

Nə zaman amputasiya edilir?

Amputasiya, əzanın qalan hissəsi təhlükə altında olduqda həyata keçirilən cərrahi əməliyyatdır. Əza bərpa olunmayacaq dərəcədə zədələnirsə və müalicəyə reaksiya yoxdursa, bu, son çarə hesab olunur. Mürəkkəb quruluşuna görə bu qərar müxtəlif komandaların qiymətləndirmələri və rəyləri ilə qəbul edilir. Xəstənin gözlənilən ömür uzunluğu və ümumi sağlamlıq vəziyyəti də amillərdir. Bu vəziyyət xərçəng və diabet xəstəliklərində tez-tez görülə bilər .

Amputasiya səviyyələri hansılardır?

Amputasiya səviyyələri fərdin əzasının kəsildiyi nöqtəni təyin edən mühüm təsnifatdır. Ümumiyyətlə, cərrahi müdaxilənin məqsədi və əzanın vəziyyətindən asılı olaraq təyin olunan bu səviyyələr amputasiya prosesi zamanı idarə və reabilitasiyaya təsir göstərir.

Birinci səviyyə hər iki qolun və ya ayağın tamamilə amputasiya edildiyi vəziyyətə aiddir. İkinci səviyyə tək qolun və ya ayağın tamamilə amputasiya edildiyi vəziyyəti əhatə edir. Üçüncü səviyyəyə aşağı və ya yuxarı ətrafın bir hissəsinin amputasiya edildiyi hallar daxildir.

Amputasiyanın təyini əzanın qiymətləndirilməsi nəticəsində edilir. Daha sonra protez istifadəsi nəzərə alınaraq fərdin həyatı bu nöqtədə dəstəklənir. Əza itirmənin çətinlikləri reabilitasiya və fizioterapiya ilə aradan qaldırılmağa çalışılır. Bu dövrdə verilən psixoloji dəstək çox vacib və zəruridir.

Mənbə: medicalpark.com.tr 

Tərcümə etdi: Rəhimə Cəmilova

Paylaş
Şərh əlavə et