Bu gün:

Afrikadakı maraqlı ənənələr


Dünyanın ikinci ən böyük qitəsi olan Afrika coğrafi və mədəni müxtəlifliyi təcəssüm etdirir. Qəribə rəqsləri və adət-ənənələri ilə yadda qalan ərazidə maraqlı adətlər indi də davam etdirilir.


Afrika etnik, mədəni və dil baxımından çox müxtəlifliyə ev sahibliyi edir. Bu səbəbdən adət-ənənələrini və mədəniyyətini ən çox qoruyan qitə olaraq görülür. Yerli və ibtidai tayfaların adət-ənənələri hələ də qloballaşan dünyanı heyrətləndirməkdə davam edir. Budur, afrikalıların heç vaxt imtina etmədiyi təəccüblü ənənələr...

Başlıq pulu

Lobobo Cənubi Afrikanın əksər yerlərində oğlan gəlin üçün başlıq pulu kimi lobobo adlanan qız tərəfinə pul ödəyir. Lobobonun iki ailəni yaxınlaşdırdığına, qarşılıqlı sevgi və hörmət yaratdığına inanılır. 

Ölülər bayramı

Famadihana Malaqaslılar hər 5-7 ildən bir vəfat etmiş qohumlarının məzarına gedir və ölülərini çıxarırlar. Malaqaslılar bu prosesi musiqinin müşayiəti ilə həyata keçirir və rəqs etməyi də unutmurlar. Famadihana adlanan maraqlı ənənə bu insanların ailə üzvlərinə olan sevgi və hörmətinin göstəricisi hesab olunur.

Taxta disk ilə gözəllik

Taxta disk Cənubi Afrikada daha çox Mursi, Surma və Sara qəbilələrində tətbiq edilən dodaqlara taxta disk yerləşdirmə daha çox 15-16 yaş arası qızlarda görülür. Dodaqları anaları tərəfindən kəsilən qızların ağızları taxta disklərlə böyüdülür. Bəziləri gözəllik məqsədilə taxdıqlarını, bəziləri isə “ağızı geniş olan gəlinin başlıq pulu da çox olar” ifadəsinə söykənir, lakin belə taxta disklərinsasən qul ticarətinin qarşısını almaq üçün istifadə edildiyi güman edilir.

Təbaşirlə üz rəngləmə

Cənubi Sudan və Cənub-Qərbi Efiopiyada yaşayan Surma qəbiləsində kişilər evlilik yaşına çatdıqlarını göstərmək üçün bədənlərini yerli təbaşir xətləri ilə bəzəyərək qəbilənin digər kişiləri ilə döyüşürlər. Uyğun həyat yoldaşı tapmaqda çətinlik çəkən kişilər yalnız çubuqlardan istifadə edirək döyüşür. Tez-tez yaralanmalara səbəb olan döyüşlər bəzən ölüm ilə də nəticələnə bilər. 


Mənbə: Yeni ŞafaŞafak

Tərcümə etdi: Nailə Hadizadə

Paylaş
Şərh əlavə et