Bu gün:

İtlər də yuxu görürmü?



Harvard Tibb Məktəbindən psixoloq Dr. Deirdre Barrett itlərin insanlar kimi yuxu gördüyünü və böyük ehtimalla yuxularında öz sahiblərini də gördüklərini deyib. 


Harvard Tibb Məktəbində yuxu davranışlarını araşdıran psixoloq Dr. Deirdre Barrettə görə, itlər insanlar kimi yuxu görür və çox güman ki, yuxularında öz sahiblərini də görürlər. Köpəklərdəki yuxu rejimi insanlarınkinə bənzəyir və bu, həm insanlarda, həm də itlərdə yuxunun müxtəlif mərhələlərinin mövcudluğu ilə əlaqələndirilir. İtlər insanlar kimi dərin yuxu və REM yuxu mərhələlərindən keçir.


REM yuxusu beyin funksiyalarının digər yuxu mərhələlərindən daha aktiv olduğu yuxu mərhələsidir. Dərin yuxu mərhələsində beyin çox daha az aktivdir. Əksər məməlilərin də bu yuxu dövrü olduğu bilinir. Bununla belə, dövrlərdəki fazaların müddəti dəyişir. Məsələn, siçanlar kimi kiçik heyvanların yuxu dövrü insanlara nisbətən daha qısa, fillərin yuxu dövrü isə daha uzundur.


Gördüyümüz əksər yuxular çoxu REM yuxu mərhələsində baş verir. İtlər də bu mərhələdə yuxularını görürlər. Sürünənlərdə və balıqlarda vəziyyət fərqlidir. Dərin yuxu və REM yuxu dövrləri olmadığı üçün çox güman ki, yuxu görmürlər.


Araşdırmalara görə, insanlar gün ərzində daha çox nə haqqında düşünürlərsə, onları da yuxuda görürlər. Dr. Barret bunun itlərə də aid olduğunu bildirir. Barrettin fikrincə, itlər sahiblərinə son dərəcə bağlı olduqları üçün onları yuxuda görmə ehtimalları var. 


Mənbə: Bilim Genç Tübitak 

Tərcümə etdi: Aydan Qasımova

Paylaş
Şərh əlavə et