Bu gün:

Dünyanın ən uzun çaylarından bəziləri hansılardır?


Dünyanın ən uzun çaylarından bəziləri hansılardır?

Dünyanın ən uzun beş çayı Nil, Amazon, Yantszı, Missisipi-Missuri-Cefferson və Yenisey-Anqara-Selenqdir. Elm adamları Nil çayını dünyanın ən uzun çayı hesab edirdilər, lakin 2015-ci ildən etibarən son məlumatlar Amazonun Nildən daha uzun ola biləcəyini göstərir. 

Nil çayı Afrikanın şimal-şərqindəki 10 ölkədən keçərək Aralıq dənizinə tökülür. Bir çox məlumat mənbələri Nil çayının uzunluğunu 4,132 mil ilə 4,258 mil arasında göstərir. Amazon üçün qeydə alınan uzunluq da 3,976 mil ilə 4,345 mil arasında dəyişir. “Dünyanın ən uzun çayı” adı mübahisəli olsa da, Amazon, şübhəsiz ki, su axını baxımından dünyanın ən böyük çayıdır. Atlantik okeanına boşalmazdan əvvəl Cənubi Amerikanın yeddi ölkəsindən keçir. Nil və Amazondan sonra uzunluqları müvafiq olaraq təxminən 3,988, 3,902 və 3,445 mil olan Yantszı, Mississippi-Missuri-Cefferson və Yenisey-Anqara-Selenqdir. Yantszı Asiyanın ən uzun çayıdır. Şərqi Çin dənizinə girmədən əvvəl Çin ərazisi daxilində yerləşir. Missisipi-Missuri-Cefferson Meksika körfəzinə boşalmazdan əvvəl ABŞ-ın 31 ştatından və Kanadanın iki əyalətindən keçir. Yenisey-Anqara - Selenq, dünyanın beşinci ən uzun çayıdır. Rusiya və Monqolustandan keçir.

Mənbə: 411 answers.com

Tərcümə etdi: Zəhra Niftiyeva

Paylaş
Şərh əlavə et