Bu gün:

Elmi araşdırma: Bu üsul ürəyə və beyinə fayda verir


Alimlər almadan necə daha çox fayda əldə edə biləcəyimizi kəşf ediblər. Yeni üsul ürək və beyin üçün faydalı olan daha çox polifenol ehtiva edir.

Tədqiqatçılar almanın sağlamlığa faydalarını artıra biləcək şirələrin yeni üsulunu kəşf ediblər. Yeni metodun polifenol tərkibini dörd dəfə daha çox saxladığı aşkar edilib. Meyvələrdə, qırmızı şərabda və kakaonun tərkibində olan antioksidantlar təbii bitki birləşmələri olaraq bilinir, ürək və beyinə faydası olduğu və xəstəliklərdən qoruduğu düşünülür. Tədqiqatçılar deyirlər ki, oksigeni çıxaran spiral filtrdən istifadə etməklə bu birləşmələri maksimum dərəcədə artıra bilərlər. Mütəxəssislər deyirlər ki, oksigeni bütün digər emal mərhələlərindən kənarlaşdırmaqla qidanın xarab olması azalır. Keçmiş tədqiqatlar həmçinin flavan-3-ols adlı bir qrup polifenolun qan təzyiqini, xolesterol konsentrasiyasını və qan şəkərini yaxşılaşdırmağa kömək edə biləcəyini təklif etdi. Tədqiqatçı Stefan Dussling Research International jurnalına deyib: "Qida maddələrinin itkisi çox vaxt alma şirəsində flavan-3-ols və ya C vitamini kimi bəzi qida maddələrini sürətlə parçalayan oksigenin olması ilə əlaqədardır".

Mənbə: Sözcü

Tərcümə etdi: Fatimə Şükürova

Paylaş
Şərh əlavə et