Bu gün:

B12 vitamin çatışmazlığı orqanizmdə hansı problemlər yaradır?


24media.az-ın budəfəki müsahibi tibb elmləri doktoru, professor Adil Qeybulladır. O, vitamin B12 çatışmazlığından danışıb. 

-B12 vitamin çatışmazlığı orqanizmdə hansı problemlər yaradır?



Qida rasionunda olan üzvi maddələr ilə yanaşı, vitamin və minerallar da çox mühüm əhəmiyyət kəsb edir. Və onların çatızmalığı orqanizmdə çox ciddi problemlərə gətirib çıxara bilər. B12 vitamini bir tərəfdən eritrositlərin, yəni qırmızı qan hüceyrələrinin sintezi üçün vacibdir, digər tərəfdən isə neyronların inkişafı və dezoksiribonuklein turşusunun(DNT) sintezi üçün çox mühüm vitamindir. Ona görə də, bu vitamin çatışmazlığında qan azlığı, yaddaş pozuntusu, əqli funksiyaların pozulması, genlərdə müxtəlif dəyişikliklər baş verə bilir. Vitamin B12-nin orqanizmdə miqdarını birbaşa laborator müayinə ilə təyin etmək çətindir. Ona görə də, bəzən bu orqanizmdə mettimalon turşusunun miqdarı ilə müəyyən edilir. Amma istənilən halda bir neçə müxtəlif müayinələrlə vitamin B12 əskikliyinin həm laborator göstəricilər, həm də kliniki əlamətlərlə birlikdə dəyərləndirmək olar. Nəinki, vitamin B12 bütün vitaminlərin orqanizmdə miqdarının konsentrasiyasının normal olmasına çalışmaq lazımdır. Bəzi vitaminlərin defisi az müşahidə edilir, çünki onlar əksər qidalarda olur. Lakin bəzi vitaminlərin, o cümlədən B12 vitaminin defisi son zamanlarda çox müşahidə edilir ki, buna da diqqət etmək lazımdır.


Gülnisə Əfkari

Paylaş