Bu gün:

Mavi tarantula


Mavi rəng təbiətdə çox nadirdir. Xüsusilə bu rəngdə olan canlılara çox az-az rast gəlinir. Bəzi heyvanlar isə digər heyvanların onları yeməsinin qarşısını almaq, zəhərli görünmək üçün mavi, sarı və qırmızı kimi qeyri-təbii rənglər inkişaf etdirmişlər.

Bir orqanizm mavi görünməsi üçün yüksək enerjili mavi işığı əks etdirərkən çox az miqdarda enerji qəbul etməlidir. Mavi rəng təbiət aləmində digər rənglərə nisbətən daha az rast gəlinir, çünki bu enerjini qəbul edə bilən molekulların yaranması mürəkkəb bir prosesdir. Tədqiqatlara görə, elektrik mavi tarantulanın vəhşi rənginin sirri mavi piqmentin varlığından deyil, saçının unikal quruluşundan qaynaqlanır.  Onun saçında mavi görünüş yaratmaq üçün üzərinə düşən işığı manipulyasiya edən nanostrukturlar var. Saçları da daha bənövşəyi çalar göstərərək, işıqdan asılı olaraq iridescent effekti yarada bilər. Tarantulanın bu növü ilk dəfə komersiya bazarında tapılıb, lakin onun təbii yaşayış yerini və ya unikal xüsusiyyətlərini təsvir edən heç bir sənəd yoxdur. "Elektrikli mavi tarantula əla uyğunlaşma qabiliyyəti nümayiş etdirir. Bu tarantulalar həm ağaclarda, həm də həmişəyaşıl meşələrdə yerüstü yuvalarda yaşaya bilərlər, lakin manqrov meşələri vəziyyətində, onların yaşayış yeri gelgitlərin təsiri ilə ağac çuxurlarında məskunlaşma ilə məhdudlaşır. Yeni növlərin adını çəkmək üçün müəlliflər auksion kampaniyası təşkil edildi və Chilobrachys natanicharum elmi adı seçildi. 

Mənbə: biomedya

Tərcümə etdi: Aynur Mikayılova


Paylaş
Şərh əlavə et