Bu gün:

Əncirin xüsusiyyətləri


Təzə əncirin tərkibində quru əncirdən daha çox vitamin və mineral var. Ancaq təzə əncir qədər quru əncirin də faydaları var. Pəhriz lifi ilə zəngin olan qurudulmuş əncir tərkibində kalium, dəmir, kalsium, antioksidantlar və kompleks karbohidratlar var. 

Lakin meyvələr quruduqda şəkərin miqdarı artdığından quru əncirin şəkəri və kalorisi daha yüksəkdir. Bu səbəblə daha orta dərəcədə istehlak edilməlidir.
Tərkibindəki şəkərin yüksək olması və qanda şəkərin ani artması səbəbiylə xüsusilə diabet xəstələrinin təzə və ya qurudulmuş əncirdən uzaq durmaları və istehlak edildiyi təqdirdə 1 ədəddən çox əncir yeməmələri tövsiyə edilir.

Tövsiyə olunan miqdar keçilmədiyi müddətcə ənciri pəhriz siyahılarına asanlıqla əlavə etmək olar.  2 quru əncir və ya 2 təzə əncir təxminən 60 kaloridir. Vitamin və minerallarla zəngin bir meyvə olan əncirin bir çox faydaları var. Antioksidantlarla zəngin olan qurudulmuş əncir immuniteti gücləndirir, orqanizmin xəstəliklərə qarşı müqavimətini artırır. 

Bütün quru meyvələr kimi əncirin qurusu da az su ehtiva edir. Qurudulmuş meyvələr tərkibindəki yüksək kalium sayəsində təzyiqi tarazlaşdıraraq qan təzyiqini nəzarət altında saxlamağa kömək edir. Xüsusilə, böyrək çatışmazlığı olan xəstələr əncir istifadə edərkən porsiyaya diqqət yetirməlidirlər.

Mənbə: Ntv
Tərcümə etdi: Aynur Mikayılova

Paylaş
Şərh əlavə et