Bu gün:

Fibroblast nədir?


Fibroblastlar birləşdirici toxumanın əsas hüceyrələridir və orqanizmdə çox mühüm funksiyaları yerinə yetirirlər. Fibroblastların ən mühüm vəzifəsi dəri üçün son dərəcə vacib olan və dəriyə parlaqlıq, elastiklik verən kollagen və elastinin istehsalını təmin etməkdir. Bundan əlavə, dəridə hər hansı bir zədələnmə baş verdikdə, orqanizmin yara sağalma sisteminin aktivləşdirilməsinə cavabdehdirlər.


Fibroblast müalicəsi nədir?

Orqanizmdəki fibroblastlar zamanla elastin və kollagen istehsal etmək qabiliyyətini itirir. Xüsusilə dərinin günəşə məruz qalan bölgələrində olan fibroblastlar zamanla pisləşir və onların sayı azalır. Dərinin elastikliyi itir, qırışlar əmələ gəlir, çökmə və sallanma müşahidə olunur. Bu təsirlər insanın öz toxumasından əldə edilən fibroblastlarla müalicə olunur.

Fibroblast müalicəsinin üstünlükləri nələrdir?

Fibroblastlar insanın öz toxumasından əldə edilən hüceyrələr olduğu üçün təbii bir üsuldur və tətbiq olunduqda təbii görünüş verir. İnsanın öz toxumasından əldə edilən hüceyrələr olduğu üçün heç bir allergik reaksiyaya səbəb olmur.

Onun təsir müddəti və qalıcılığı digər tətbiqlərə nisbətən daha yüksəkdir.

Fibroblast müalicəsi uzunmüddətlidir. Ancaq bu dövr insanın həyat keyfiyyəti, siqaret və spirt istifadəsi, stress faktorları, dəri quruluşu, yaş, genetik quruluş, mimika quruluşu və UV kimi xarici amillərdən təsirlənir. 

Fibroblastları necə tətbiq etmək olar?

Fibroblast istehsalı üçün biopsiya ediləcək sahə lokal olaraq anestezik kremlə anesteziya edilir. Steril şəraitdə 4 mm punch biopsiyası ilə xəstənin qulağının arxasından və ya günəş işığına məruz qalmayan qolun içindən toxuma biopsiyası alınır. Alınan toxuma  laboratoriyalarda  xüsusi proseslərə məruz qalır və fibroblast istehsalına başlanır. Təxminən 4 həftədən sonra hüceyrələr tətbiq üçün hazır olur. Tətbiq üçün hüceyrələr soyuq zəncir vasitəsilə müvafiq həkimə çatdırılır. Fibroblast müalicəsi 4-6 həftəlik fasilələrlə 3 dəfə təkrarlanır.

Mənbə: florence.com.tr

Tərcümə etdi: Rəhimə Cəmilova

Paylaş
Şərh əlavə et