Bu gün:

Nişan üzükləri nəyi ifadə edir?


Nikah ailə qurmaq üçün qanuna uyğun olaraq kişi və qadının birləşməsidir. Barmaqlara taxılan, adətən qızıldan olan üzük bu birliyin əlamətidir. Cütlər bu üzükləri nikahdan əvvəl nişan dövründə sağ əllərində daşıyırlar.  Buna "nişan üzüyü" deyilir. Bizdə nişan üzüklərini adətən ailənin görkəmli ağsaqqalı təntənəli şəkildə taxır. Nikah müqaviləsi bağlandıqdan sonra üzüklər sol ələ taxılır. Bunlara "nikah üzükləri" də deyilir.


Barmaqlarına üzük taxan cütlüklərin fərqli mədəniyyətlərində fərqli mənaları ola bilər. Ancaq, ümumiyyətlə, üzük taxmaq birliyi, sevgini, bağlılığı və sədaqəti simvollaşdırır.
 Xüsusilə nikah üzükləri iki insanın bir-birinə olan sevgisini, hörmətini və sədaqətini ifadə edir. Ana və ataların barmaqlarına taxdıqları üzüklər, ümumiyyətlə, sevgi və bağlılıq ifadə etmək üçün istifadə olunur. Üzük valideynlərin özlərinə və uşaqlarına verdiyi əhəmiyyəti və dəyəri göstərir.
 Bəzi mədəniyyətlərdə üzük taxmaq status simvolu kimi də istifadə olunur. Məsələn, bahalı üzüklər sərvət və statusu simvollaşdırır. Bununla belə, ana və ata üzükləri adətən belə simvolik mənalardan azaddır və sadəcə olaraq birlik, sevgi və bağlılığı ifadə edir.

Mənbə: bilgebaba.com
Tərcümə: Günay Ələsgərova

Paylaş
Şərh əlavə et